Qahirə konfransı və Ərəb dünyasına açılma…

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Qahirə konfransı və Ərəb dünyasına açılma…

Sual: Bildiyiniz kimi, bu yaxınlarda Qahirədə “İslam Dünyasında İslamın gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə müqayisəli təcrübələr” adlı konfrans keçirildi. Xüsusilə, Ərəb dünyası ilə münasibətlərimiz baxımından konfransla bağlı mülahizələrinizi bölüşə bilərsinizmi?

  • Əvvəla məsələni bu başlıqla ifadə olunmasını istəmirəm. Əldən gəldiyi qədər elə başlıqla ifadə etmək lazımdır ki, hər kəsi ehtiva edə bilsin. Məsələn, “Adanmışlar Hərəkatı”, “Könüllülər Hərəkatı”, “Sevgi Yolunun Yolçuları” deyilə bilər. Məsələni nisbətlərə bağlayaraq daraltmamaq lazımdır. (02:03)
  • Bu cür yanaşma insanlarda müəyyən şəxslərə qarşı rəqabət hissi oyada bilər. (05:30)
  • Biz uzun müddət belə bir dar anlayışın, dar düşüncənin, dar görüşün əsiri və zəbunu olmuşuq. Məsələyə əngin, İslamın ümumbəşəriliyi nöqteyi-nəzərindən baxmaq, yanaşmaq lazımdır. (06:50)
  • Ərəb aləmi çox əhəmiyyətlidir. İslamiyyət onların içindən zühur etmiş, Quran onların dili ilə nazil olmuşdur. Bu görə də başqa yerlərə açılım edərkən onları həmişə bu dairənin xaricində saxladıq. Bizə yuxarıdan baxarlar deyə, həmişə narahat idim… (11:10)
  • Allahın inayəti ilə “Hira” jurnalı vəsiləsi ilə müxtəlif yerlərdə konfranslar təşkil edilir. Onlar da bu fəaliyyəti alqışlayır. Mənə göndərdikləri məktublarda yoldaşlarımızı təqdir edirlər. (13:00)
  • Misirdə olduğu kimi dünyanın müxtəlif yerlərindən gələn bu təqdir Allahın sizə verdiyi bir avansdır. Siz bu imkanı səmərəli şəkildə dəyərləndirin. Bu, özünüzü ifadə etmək üçün sizə verilən bir imkandır. Bunu layiqincə dəyərləndirin. (16:30)
  • Ustad Həzrətləri Misirə “İslamın zəkalı övladı” deyir. Onun yuxuları bir-bir reallaşır. (17:30)
  • Türkiyədə görülən gözəl işləri xaricdən baxanlar daha yaxşı görür. Türkiyədə bu məsələyə qərəzli yanaşanlar da səhvlərini anlayacaqlar. (20:00)
  • Allah səhvlərimizlə, xudbinliyimizlə bu insanların ümidlərini puç eləməsin. Ustad Nəcib Fazil da belə dua edirdi. Nurəddin Topçunun da, Bədiüzzaman Həzrətlərinin də arzusu bu idi. (22:00)
  • Əlinizi-ayağınızı öpüm, insanların ümidini puç etməyin. Dünyanı düşünməyin, axirəti də düşünməyin, Cənnəti də Cəhənnəmi də atın bir kənara. “Allah rizası” deyin, Rasulullah xatiri deyin, Həzrəti Piri Muğanın yolu deyin, siz yaşamaq üçün deyil, yaşatmaq üçün var olun. (24:55)
  • Bizə dünyaya nümunə olduğumuzu düşünmək yaraşmaz. Onlar bizə qarşı olan hüsnü-zənnin mükafatını alırlar. Biz də onları yalançı çıxarmamaq üçün təmkinli olmalı, həsbi olmalı, özümüzü bu işə həsr etməliyik… (26:30)

Çay süfrəsində həqiqət damlaları

  • Başqalarına İslamı anlatarkən məcbur etməməli, ağıla xitab etməliyik. Kompleksə girmədən dəyərlərimizə əmin olmalıyıq. (28:30)
  • İnsanlığın İftixarı (sallallahu əleyhi vəsəlləm) Nəcran xristianlarını “mənim harəmim” dediyi Məscidi-Nəbəvidə günlərlə qonaq saxlayır. (29:00)
  • “Mən heç nə demədim, heç nə anlatmadım. On ildən bəri mənim həyatımı izləyirmiş. Hal və hərəkətlərimə baxıb on insan müsəlman oldu,” – deyə bilən varsa, mən onun alnından yox, ayaqlarından öpərəm… (30:00)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message