II Fəsil: Oktyabr 1995-ci il, İstanbul

Məşhur aktyor Kamal Sunal Fəthullah Güləni İstanbulda yaşadığı Altunizadədə ziyarət edir. Sunal apardığı rolların əksinə, çox oxuyan, araşdıran və düşünən bir sənətçi idi. 12 sentyabr 1980-ci il çevrilişi ərəfəsində universitet təhsilini yarımçıq qoysa da, oxumaqdan əl çəkməmişdi. Mərmərə Uni­versitetinin jurnalistika fakültəsinin Radio, Televiziya və Kino böl­məsini bitirəndə 51 yaşı var idi. Güləni ziyarət etmədən əvvəl “Fəthullah Xocanı və məktəblərini araşdırdım” deməsinin sə­bəbi də bu idi. Sunal Gülənin ölkə daxilində və xaricində açılan mək­təb­lərə ilham verdiyini bilirdi.

Kamal Sunal həmin gün Gülənlə söhbətində televiziyada­ ən çox filmi verilən sənətçi olmasına baxmayaraq, layiqincə qiy­mət­lən­di­rilmədiyindən şikayətlənərkən yarı zarafat, yarı ciddi: “Mən hər axşam mənəvi böhran keçirən Türk xalqını güldürərək sosial partlayışın qarşısını alıram. Dövlət mənə medal verməlidir”, – demişdi.

Gülənin Kamal Sunala rəğbətinin bir səbəbi də onun ailə dəyər­lərinə bağlı bir sənətçi olması idi. Kamal Sunalın ailəsi sənətçilər arasında örnək göstərilən nadir ailələrdən biri idi. O, 1974-cü il­də­ Gül Sunalla ailə qurmuşdu. Gülənin fikrincə, sənətçilər həyat tər­zi ilə də cəmiyyətə nümunə olmalıdırlar. Ona görə də, 1970-80-ci il­lər Türk kinosunda özünü göstərən əxlaqi aşınmanın təsirinə düş­məyən Hülya Qoçigid (Hülya Koçyiğit),[1] Pərixan Savaş (Perihan Savaş) kimi sənətçilərə xüsusi dəyər verirdi. O illərdə adıçəkilən sə­nətçilər bu cür filmlərdə çəkilməkdən imtina etdikləri üçün öz sənətləri ilə məşğul ola bilmirdilər. Bunun üçün bir müddət musiqi təhsili alaraq, səhnələrə çıxıb mahnı oxumaq məcburiyyətində qalmışdılar.

1995-ci ildən etibarən, daha çox İstanbulda yaşayan Gülənin di­gər bir ziyarətçisi isə “Hürriyyət” qəzetinin baş yazarı Oqtay Ekşi (Oktay Ekşi) olur. Gülən Ekşi ilə “Hürriyyət” qəzetinin redaksiyasını ziyarət edərkən tanış olmuşdu.

Gülən 1996-cı il avqustun 16-da Ekşini həyat yoldaşı professor Aysel Ekşi ilə birlikdə şam yeməyinə dəvət edir. Həmin gün Gülənin iki başqa qonağı da var idi: kino sənətçisi Xalid Rəfiq (Halit Refik) və reklamçı Əli Saydam (Ali Saydam). Dəvətə Xalid Rəfiq xanımı Gülpəri Rəfiqlə (Gülperi Refik), Əli Saydam isə xanımı Gülçin Saydamla birlikdə gəlmişdi.

Yemək əsnasında Aysel Ekşi Gülənə o illərdə çox insanın zehni­ni qurcalayan müxtəlif suallar yönəldir. Xanım Ekşinin “İslamda dörd qadınla evlilik” mövzusunda verdiyi sualın cavabında Gülən İs­lamın müharibə kimi hallarda buna icazə verildiyini izah edir. Pro­­fessor Ekşinin başqa bir sualı isə belə olur: “İran İslam inqilabına münasibətiniz necədir? Türkiyədə də buna bənzər bir inqilab ola bilərmi?” O illərdə belə məsələlər Türkiyənin gündəmində idi və “Türkiyə İran olmayacaq ki?” sualı insanları düşündürürdü. Hətta sui-qəsdlərə qurban gedən bəzi jurnalistlərin və ziyalıların yas mə­rasimində “Mollalar İrana!” kimi şüarlar da səsləndirilmişdi.

Rusiyanın paytaxtı Moskva daxil olmaqla dünyanın dörd bir yanında Türk məktəblərinin açılmasına baxmayaraq, İranda bunun mümkün olmamasını bildirən Gülən sözünə belə davam edir: “Əgər Türkiyədə İslamı yaşama iddiasında olan dindar insanlar İrana gedə bilmirsə, demək ki, Türkiyədə İrandakı kimi hadisələrin baş verməsi qeyri-mümkündür”.

1999-cu ilə qədər Güləni bir çox adam ziyarət edir. “Milliyyət” qə­­zetinin yazarı Yalçın Doğan Gülənin qonağı olarkən “Bu fəa­liy­yət­­­ləriniz sonradan siyasi hərəkata çevriləcəkmi?” sualını verir. Gülənin cavabı belə olur: “Siyasət xəyalıma gəlməyib, yuxuma belə girməyib. Mənim məqsədim yalnız Allahın rizasını qazanmaqdır”. Be­ləcə Gülən siyasəti əhəmiyyətsiz saymamaqla yanaşı, qayəsinin si­ya­səti düşünməsinə imkan vermədiyini vurğulayır.

Bu ziyafətlərdə Zəfər Mutlu (Zafer Mutlu), Güngör Mengi, Sa­mi­ Kohen, Əli Kır­ca (Ali Kırca), Mehmet Əli Birand (Mehmet Ali Bi­rand), Həsən Camal (Hasan Cemal), Murat Birsel, Tufan Türenç ki­mi türk mediasının demək olar, bütün məşhur jurnalistləri iştirak et­miş, Gülənlə görüşmüşdülər.

Gülənlə onu ziyarət edən sənətçilər, jurnalistlər və yazarlar arasındakı söhbətlərin əsas mövzularından biri ölkə xaricində açılan türk məktəbləri olurdu. Bu məktəbləri ürəkdən dəstəkləyənlərdən biri də “Axşam” qəzetinin yazarı Cənk Koray (Cenk Koray) idi. Qazaxıstana gedib türk məktəblərini gəzən Koray “Axşam” qəzetinin 16 may 1998-ci il buraxılışında yazırdı:

“Qazaxıstan öz müstəqilliyinə qovuşandan sonra xarici ölkələr bura axın etmişdir. Koreyalılar mis mədənlərində, amerikalılar neft yataqlarında, almanlar bank işində hegemonluğu ələ keçirib. Fət­hul­lah Xoca isə ən önəmli mənbəyə – insana sahib çıxmışdır. Mis bir gün tükənə bilər, ancaq insan ən dəyərli sərmayə ünsürüdür. Əs­lində, Türkiyə dövlətinin vəzifəsini bir şəxs yerinə yetirmişdir”.

Moskva, Sankt-Peterburq və Türkmənistan Türk liseylərini də gəzən Cənk Koray 1996-cı ildə bir axşam Güləni ziyarət edir, oğlu Nihat təzəcə dünyasını dəyişmişdi. 19 yaşlı Nihad Koray (Nihat Ko­ray) 31 avqust 1996-cı ilin axşamı bir gecə klubunda dostları ilə m­ü­ba­hisə etmiş və səhərə yaxın evə qayıdanda beyninə qan sızmışdı. Başını qapının şüşəsinə vurması nəticəsində şah damarı kəsilmiş, atasının qucağında həyata vida etmişdi. Çox sevdiyi oğlunun bu faciəvi ölümü Korayı dərindən sarsıtmışdı.[2] Buna görə də “diri-diri öldüm” deyirdi. O gün axşam salondakılardan biri Korayın oğlunun ölümündən bir həf­tə sonra yazdığı yazını xatırladır. Güləni və qonaqları ağladan bu yazıdan bəzi sətirlər:

Sizin heç diri-diri qolunuzu kəsdilərmi?… Biri iki barmağını iki gö­zünüzə basıb kor etdimi sizi?… İti bir bıçağı böyrəyinizə saplayıb 360 dərəcə döndərdilərmi?… Dəmir mil boğazınızdan girib boynunu­zun ardından çıxdımı?… Bunların hamısı mənim başıma eyni anda gəl­di. 19 il atalıq etməyə çalışdığım, Allahın əmanəti, canım, gülüm, həyatım, hər şeyim, həyat səbəbim, övladım, oğlum Nihad üç də­qi­qə içində yox olası qollarım arasında canını tapşırdı. Heç nə edə bil­mədim… Qan fışqırırdı, ümidlərim, gələcəyim, həyatım yerə tökülürdü. Ölüm mənə gəlməli idi, amma məni ölmədən öldürürdü…

Bu dövrdə Gülən İstanbulda böyük qəzetlərin redaksiyalarını ziyarət edib onların sahibləri, idarə heyəti və yazarları ilə daha yaxından tanış olurdu. 1995-ci ilin 18 oktyabrında “Milliyyət” qəzetinə ziyarətində qəzetin sahibi Aydın Doğanın da iştirak etdiyi görüşdə yazarlardan biri Gülənə deyir: “Bəziləri bizi müsəlman saymırlar. Hətta mürtədlikdə ittiham edənlər də var”. O vaxtlar cəmiyyətdə belə kəskin mübahisələrə rast gəlinirdi və bəzi yazarlar “mürtəd” olmaqda, yəni dindən çıxmaqda ittiham olunurdu. Gülən izah edir ki, heç kimin kəlmeyi-şəhadət gətirən, yəni “mən müsəlmanam” söyləyən bir insana mürtəd deməyə ixtiyarı yoxdur. Qəlbində zərrə qədər iman olan hər kəsin cənnətə gedəcəyi dinin bir həqiqətiydi çünki.

Gülənə görə, Türk toplumunda yenidən dirçəliş və oyanış baş verəcəksə, bunda sənətçilərin, yazarların və ziyalıların böyük rolu olacaqdı. Buna görə də tez-tez “İki insanla görüşmək istərdim: biri Əziz Nesin (Aziz Nesin), digəri isə Zəki Mürən (Zeki Müren)” deyirdi. Gülən “Cümhuriyyət” qəzetinin yazarı İlhan Səlcuqla (İlhan Selçuk) da görüşmək istəyirdi. İlhan Səlcuq görüşə razılıq versə də, görüş müxtəlif səbəblərdən baş tutmur.

Gülən Əziz Nesinin ölüm xəbərinə çox kədərlənmişdi. Gülənin bir neçə yaxını Nesini ölümündən əvvəl ziyarət etsə də, qarşılıqlı di­aloq qurmaq mümkün olmamışdı. Gülən Nesinin ölüm xəbərini eşitdiyi gün “Kaş bir dəfə də ziyarət ediləydi” deyə təəssüflənmişdi.

Əziz Nesin Qadiri təriqətinə mənsub bir xanəgah şeyxinin oğlu idi. Uşaqlıq illərində ərəbcə təhsil almış və Qurani-Kərimi əzbər­ləyərək hafiz olmuşdu. “Atam öləndən sonra dindən soyudum” de­yən Nesin “dinsiz” kimi tanınmasına baxmayaraq, insanların dinə olan ehtiyacını belə ifadə edirdi:

“Heç vaxt dinin əleyhinə olmamışam. Dinsizlik təbliğatı aparıb heç kimi dinsiz olmağa çağırmamışam. Çünki sosioloji aspektdən insanların inanmağa ehtiyacı var. Bir missioner qadın məni xristian etmək üçün aylarla çalışdı, amma xristian olmadım. Müsəlmanlığı tərk edib xristianlığı qəbul etmək gülünc olardı. Əgər bir dinə inanası olsaydım, müsəlman olaraq qalardım. Belə anlaşılır ki, insanların Allaha, cənnət və cəhənnəmə ehtiyacı var”.[3]

[1] Ətraflı məlumat əldə etmək üçün Hülya Qoçigidin həyatından bəhs edən “Film kimi yaşadım (Filim gibi yaşadım)” kitabına baxmaq olar. Feyzan Ersinanın yazdığı bu əsər “Dünya Kitablar” Nəşriyyatında çap olunmuşdur.
[2] Cənk Koray oğlunun ölümündən bir il sonra, 1997-ci ildə ona xitabən qələmə aldığı “Olmayana məktub” başlıqlı yazısında belə deyirdi: “Günlər keçir, aslanım. Sevirəm hər keçən dəqiqəni, çünki məni sənə yaxınlaşdırır. Əvvəllər necə kədərlənirdim, zaman keçir, bir gün gələcək səndən ayrılacağam deyə. Amma indi hər şey tərsinə döndü. Hər şeyə dözə bilir insan. Allah qullarına bu səbri verib. Ancaq bircə şeyə dözmək mümkün deyil – Sənin sevgindən məhrum olmağa. Bu, insanı diri-diri öldürür.” Cənk Koray oğlunun yoxluğuna dörd il ancaq dözə bilir. 23 iyul 2000-ci ildə İstanbulda evində infarkt keçirərək dünyasını dəyişir. Koray Qaracaəhməd qəbiristanlığında oğlunun yanında dəfn edilir.
[3] Əziz Nesinin 25 fevral 1995-ci ildə “Aksiyon” jurnalında dərc olunan müsahibəsi. Gülən sonuncu dəfə 12 noyabr 2007-ci ildə ABŞ-ın Pensilvaniya ştatında bir söhbətində Əziz Nesini belə xatırladı: “Əziz Nesinlə görüşmək istədim. Bir gün eşitdim ki, dünyasını dəyişib. Höte ilə Müller arasında baş vermiş bir hadisə var. Müllerin yaxın qohumu ölür, Höte də ona bir mərsiyə yazır. Lakin mərsiyənin yazılması uzun çəkir, bu ərəfədə Müller də vəfat edir.. Höteyə “Gecikdin” deyirlər. O isə “mən gecikmədim, o tələsdi “deyə cavab verir”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message