Quran qürbətdədir

Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisində altı qəribdən bəhs edir: “Məscid, namaz qılmayanlar arasında; Qurani-Kərim fasiqin (bilə-bilə günah işləyən) ürəyində ya da onu oxumayanın evində; salehə bir qadın pis xasiyyətli kişinin nikahı altında; saleh bir kişi arsız bir qadının yanında və alim onun elmindən istifadə etməyən bir toplum arasında qəribdir.”

Bir başqa hədisdə buyurur ki: “Elə vaxt gələcək ki, o dövrdə Quran bir vadidə, insanlar ayrı vadidə olacaqlar.” Yəni o dövrün insanları Quranla eyni vadini paylaşa bilməyəcək, eyni müstəvidə görüşə bilməyəcək, fərqli-fərqli yollarda olacaqlar. Bu səbəbdən Quran onu oxumayan, onda nə yazıldığını belə maraqlanmayan və ondan istifadə etməyi heç düşünməyən insanların evlərində, könüllərində qərib qalacaq. Onsuz da, əsl qərib yurd-yuvasından uzaq olan, dost-aşnadan ayrı düşən deyil, yaşadığı toplumda başa düşülməyən, anlaşılmayan, qiyməti bilinməyəndir.

Qurani-Kərimə qarşı göstərilən zahiri hörmətin də mütləq özünə görə bir dəyəri var, o da boşa getməz. Lakin əsas olan zərflə birlikdə mazrufa (zərfə qoyulan), sözlə birlikdə mənaya və Quranın səhifələri ilə birlikdə onun Rəbbimizin kəlamı olmasına da hörmət və məhəbbət göstərməkdir. Məsələn, insanlar onu ipəkdən boxçalara sarsalar, gül qoxulu qızılı zərli seyflər içində evin ən hündür yerinə assalar.. sonra evlərini yüksəltdikcə onu daha da yüksəyə çıxarsalar.. Hər səhər qalxanda və axşam yatağa girəndə beş-on dəfə öpüb üz-gözünə sürtsələr, əgər Qurani-Kərimin ortaya atdığı məfkurəyə sahib çıxmırlarsa, ona lazımi dəyəri vermiş olmaz, layiq olduğu hörmət və məhəbbəti göstərmiş sayılmazlar. Çünki hörmət və sevgi, ancaq Qurana həqiqi mənada hörmətlə dəyər qazanar.

Əgər insan Həzrəti İkrimə kimi hər yerdə Quran həqiqətlərini anlatmağa və onun həqiqi xadimi (xidmətçisi) olmağa çalışır, sonra da səhər-axşam onu oxuyub ehtiramla üz-gözünə sürtür və könlündə coşan Quran sevgisi ilə müqəddəs kitabı bağrına basıb “Kəlamı Rəbbi – Mənim Rəbbimin sözləri” deyərək öpürsə, məhz bu zaman göstərdiyi hörmət bir məna ifadə edir. Lakin bir insan Quranı oxuyub anlama həyəcanı daşımırsa, onu başqalarına da çatdırma əzmindən məhrumsa, hər ayəsini can verən nəfəs kimi möhtaclara tanıtma eşqindən və şövqündən uzaqsa, onu sadəcə evin ən yüksək yerindən asmaq, bəzi xüsusi gün və gecələrdə tozunu silərək öpüb alınına qoymaqla kifayətlənirsə.. bu zahiri və süni hörmət çox da məna ifadə etməz.

Qürbəti dindirəcək fikir işçiləri

Bununla yanaşı, məsələyə təmkinli yanaşılmalı və “Heç bir məna ifadə etməz” deyilməməlidir, deyə düşünürəm, çünki Qurani-Kərimə qarşı bu qədər hörmət belə bəzilərimiz üçün qurtuluş səbəbi ola bilər. Belə hörmətin bizim tariximizdə və mədəniyyətimizdə böyük yeri var. Tarix və Qurana hörmət deyincə, yəqin, o məşhur mənqibə sizin də ağılınıza gəldi. Deyilənlərə görə, Osman Qazi həzrətləri Şeyx Ədəbalının evində qaldığı gecə ayağını uzadıb yata bilmir, çünki otaqda Müqəddəs Quran var idi. Bir küncə yığılıb təsbeh çəkərkən yuxuya gedir. Yuxuda Ədəbalı həzrətlərinin sinəsindən çıxan bir nurun onu əhatə etdiyini, sonra da özünün budaqları buludlara çatan, kökləri diyarlara, ölkələrə uzanan bir çinara döndüyünü görür. Ədəbalı Həzrətləri yuxudakı o nurun öz qızı və Osman Qazinin gələcək yoldaşı Bala Xatuna, ağacın isə böyük bir dövlətə işarə etdiyini söyləyir: “Allah-Təala səninlə və sənin nəslinlə insanları İslamla şərəfləndirəcək,” – deyir. O gecədən bu günə qədər də Osman Qazi və onun nəslinin Qurana olan hörmətin bərəkəti ilə bütün dünyaya kök saldıqlarına inanılır. Osman Qazinin Qurana göstərdiyi bu zahiri hörmət Osman Qazi kimi könlünü ona vermiş, məfkurəsi uğrunda yer kürəsində işini bitirdikdən sonra göylərə və sürəyya ulduzuna asmağa qərarlı bir insanın hörmətidirsə, o çox qiymətlidir və bir gün mütləq əvəzini qat-qat alacaqdır.

Bu gün də iç-içə iki qürbət var. İnsanların çoxu çox acı bir qürbət: “Quransızlıq qürbəti” çəkərkən Quran da camaatdan məhrumiyyətin qürbətini yaşayır. Kaş ki, insanlar Quranın harəmgahına getsələr, ona qarşı ehtiram göstərərkən Kəlamı-İlahiyyəyə həqiqi mənada sahib çıxsalar.. yəni Quran ilə insanlar arasında möhkəm birlik gerçəkləşsə, və bir şəbi-arus (sevgi ilə görüş) olsa.. o zaman insanlar həm öz qürbətindən qurtulmuş, həm də Qurani-Kərimin çöhrəsindən o qürbətin tozunu silmiş olacaqlar. Belə bir vüslətlə Qurani-Kərim qürbətinin aradan qaldırılması da, düşünürəm ki, ona həmişə sahib çıxan fikir işçiləri, bu dövrün qəribləri sayəsində olacaq. İnsan zəkası və istedadına sığmayan işlər görərək daim sülh və islah dünyagörüşlü insanlar Qurani-Kərimin qürbətini aradan qaldıracaqlar.

Yaxşı olardı ki, onlar durduqları məqama layiq olma əndişəsindən ayrılmasın və nümunəvi rəhbərliyi nümayiş etdirə bilsin. Bəşəriyyətin belə nümunəvi insanlara və keyfiyyətli rəhbərlərə ehtiyacı var… Əvvəla öz üstündəki qürbətin toz-torpağını çırpıb sirkələyərək Quran qürbətindən qurtulacaq, sonra da onun hidayəti ilə qürbət (yaxınlıq) üfüqünə doğru yola çıxacaq fikir işçilərinə…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message