CSIS-də Gülən Hərəkatı ilə bağlı toplantı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » CSIS-də Gülən Hərəkatı ilə bağlı toplantı

Vaşinqtondakı düşüncə qurumlarından Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) təşkil etdiyi “Gülən Hərəkatı” mövzulu toplantıda çıxış edən Dinlərarası Dialoq İnstitutunun Rəhbəri və Gülən İnstitutu İdarə heyətinin üzvü Yüksəl Alp Aslandoğan cəmiyyətin hər təbəqəsində təmsil olunan bir hərəkatın ortadan qaldırılmasından danışmağın mənasızlığını bildirdi.

Aslandoğan “Gülən Hərəkatı”nı “İslami anlayış ətrafında kök salan bir sivil hərəkat” kimi xarakterizə etdi. Alp Aslandoğan bu inanca bağlı fəaliyyətin təhsil məqsədi ilə başladığını və bu gün beynəlxalq fenomenə çevrilərək təxminən bir neçə milyon üzvü olduğunu bildirdi. Aslandoğan Gülən hərəkatının müəyyən bir mərkəzi sistemdən idarə olunmadığını da xüsusi vurğuladı.

Aslandoğan Fəthullah Gülənin 11 Sentyabr terror aksiyasını şiddətlə tənqid edən bir dini lider olduğunu və əslən Səudiyyəli olan terrorist Usamə bin Ladeni “zalım (canavar)” olaraq təsvir etdiyini də nəzərə çatdırdı və Gülən hərəkatının “zorakılıqdan uzaq, dinlər arası dialoqu dəstəkləyən bir hərəkat olduğunu” dedi.

Gülən Hərəkatının siyasətlə əlaqəsi

İclası aparan CSIS Türkiyə layihə direktoru Bülent Əlirıza Aslandoğanın “hərəkat siyasi deyil” sözünə müqabil siyasi təsiri olduğunu və bu hərəkatı yox etməyə hesablanan sənədin Türkiyənin gündəminə gətirildiyini xatırlatdı. Aslandoğan isə Gülən hərəkatı mənsublarının fərdi şəkildə hər bir Türk vətəndaşı kimi siyasətlə maraqlana biləcəyini, ancaq hər hansı bir siyasi partiyaya bağlı olmadığını, bunun hərəkatın əsas prinsipi olduğunu bildirdi.

Siyasətlə əlaqənin “mövzular və dəyərlər səviyyəsində” olduğunu deyən Aslandoğan: “Bəzən müəyyən bir partiya ilə hərəkatın politikası üst-üstə düşə bilər. Ancaq bu gün bir partiyaya yaxın kimi görünən hərəkat sabah başqa bir partiya ilə də yaxın görünə bilər” dedi. Aslandoğan müəyyən demokratik qanunları mənimsəyən hər hansı bir partiya hərəkatdan dəstək görə biləcəyini vurğuladı.

Əlirızanın: “Gülən hərəkatını aradan qaldırma cəhdləri barədə nə deyə bilərsiniz?” sualına Aslandoğan: “Gülən hərəkatının yox edilməsindən danışmaq mənasızdır. Çünki hərəkata daxil olanlar cəmiyyətin hər təbəqəsinə mənsub Türk xalqıdır” deyə cavabladı.

Bir iştirakçının: “Gülən niyə ABŞ-da yaşayır” sualına Aslandoğan səhhəti və siyasi problemləri səbəb olaraq göstərdi. Gülənin Türkiyəyə qaytımasına heç bir qanuni maneə olmadığını deyən Aslandoğan qeyd etdi ki, Gülən stressdən uzaq duraraq səhhətini qorumaq istəyir və bəzi siyasi partiyaların onun qayıdışından istifadə etməsindən narahatdır, və bu səbəblərdən ABŞ-dadır.

“Gülənin vəfatından sonra hərəkata nə olacaq” sualına Aslandoğan: “Bu şəxsə bağlı bir hərəkat deyil” dedi və Mövlana Cəlaləddin Ruminin ölümündən sonra Rumi anlayışının davam etdiyini xatırlatdı.

Bir başqa iştirakçının: “Gülən hərəkatının ordu ilə əlaqələri niyə yaxşı deyil” sualına Aslandoğan: “Fikrinizlə razılaşmıram. Orduda bəzi şəxslərin Gülən hərəkatı ilə bağlı müsbət və ya mənfi fikirləri ola bilər. Təqaüdə çıxdıqdan sonra müsbət rəy bildirən insanlar var” dedi.

Aslandoğan bildirdi ki, son hadisələrdə Gülən açıqlama verərkən ordunun etibarını sarsıda biləcək fəaliyyətləri təsdiqləmədi. Həmçinin Aslandoğan Gülənin “qanunsuz iş görən varsa, ədalətə həvalə edilməlidir” sözlərini də xatırlatdı. Aslandoğan Gülənin “dövlət və ordunu dəstəkləyən açıqlamalarına görə ” zaman-zaman tənqid edildiyini də qeyd etdi.

“Hərəkata mənsub olan heç kim siyasət təmayüllü deyil” deyən Aslandoğan hər siyasi partiyaya eyni məsafədə olmağa çalışıldığını dedi.

“Gülən hərəkatının əsas məqsədi nədir?” sualına Aslandoğan ABŞ-da yaşadığı zaman öyrəndiyi “müvəffəqiyyət hədəfə çatmaq deyil, gedilən yoldur” sözünü xatırlatdı. Aslandoğan: “Məqsəd fərdi fədakarlıqla, fərdi fəaliyyətlərlə Allahın rizasına nail olmaqdır. Şəffaf, demokratik və ayrı-seçkiliyin olmadığı bir cəmiyyətdir” dedi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message