Almaniya konfransı və bal insanlar

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Almaniya konfransı və bal insanlar

Sual: Bu günlərdə Almaniyada “Ənənəvilik və müasirlik arasında Müsəlmanlar: Mədəniyyətlər arasında bir körpü olaraq Gülən Hərəkatı” mövzulu bir konfrans keçirildi. Birincisi, bu cür konfransları ümumi mənada necə qiymətləndirirsiniz? İkincisi, ənənəvilik ilə müasirlik bir-birinə ziddirmi, bunların əl-ələ vermələri mümkün ola bilməzmi?

  • Biz mahiyyətimiz baxımından qüsurlara meyilli varlıqlarıq, ən doğru işlərimizdə belə yanlışlara yol verə bilirik. Hər vaxt əda etdiyimiz ən əhəmiyyətli işlərimizdə– ibadətlərimizdə belə bir çox xətalarımız ola bilər. Bu baxımdan da xeyirli fəaliyyətlərimizə obyektiv yanaşan kəslərin tənqidlərinə də razı olmalı və səmimi tənqidləri mükəmməlliyə doğru getmək üçün bir səbəb saymalıyıq. (01.01)
  • Hər dəyişdirib çevirən müəyyən nisbətdə özü də dəyişib çevrilir. Buna görə də, təməl prinsiplərə bağlılıqda həssas olmaq lazımdır ki, mərkəzdən uzaqlaşma olmasın. (05.54)
  • Təməl prinsiplərə bağlı olmadan aparılan fəaliyyətlər mövsümlükdür və qısa müddətdə bitib tükənər. Əgər bizi dialoq fəaliyyətlərinə sövq edən güc yalnız öz şəfqətimiz və şəxsi düşüncələrimiz olsaydı, bu iş də bir müddət sonra sona çatardı. Lakin “könüllülər hərəkatı”nın yol xəritəsini təyin edən əsaslar təməl dini prinsiplərimizdir, başqa sözlə, bu xidmətlərin davam etməsi müəyyən şəxslərin varlığına bağlı deyildir. (07.47)
  • Alimlik acını da, şirini də, gözəli də, çirkini də ortaya qoymaq və həqiqətin ortaya çıxmasına çalışmaqdır. Bu baxımdan, konfranslarda müsbət qiymətləndirmələrlə yanaşı, konstruktiv tənqidlərə də yer və dəyər verilməlidir. Bir şeyi də qeyd etmək lazımdır ki, alimlər fərqli mütaliə söyləmə yarışına girməməyə və fantastik mülahizələr səsləndirməyə diqqət göstərməlidir. (13.27)
  • İndiyə qədər məfkurəmizə xidmət edən bir çox şəxs, qrup, camaat və hərəkat olmuşdur. Necə ki, kimiləri torpağı şumlayar, kimiləri toxum səpər, kimiləri suvarar və kimiləri də meyvələri toplayar. Eynilə bunun kimi bir mənada, fərqli şəxslər tərəfindən ortaya qoyulan neçə illik səylərin səmərələri bu gün yığılır. Beləliklə də, dialoq və təhsil fəaliyyətləri mütləq anladılmalıdır, amma məsələ “aidiyyət mülahizəsi” ilə cılızlaşdılmamalı və heç kimin qibtə damarı təhrik edilməməlidir. (18.08)
  • Bacardıqca şəxsləri deyil, hərəkatın özünü nəzərə vermək lazımdır. Dini məsuliyyətlərini yerinə yetirməyə çalışan insanların ağılla, məntiq zəminində fəaliyyət göstərməsi və müvəffəqiyyətin bütün millətə aid olması israrla vurğulanmalıdır. (24.15)
  • Bəzi şəxslərin önə çıxarılması o insanlar üçün çox təhlükəli olmaqla yanaşı, bəzilərində də qısqanclıq hislərini oyandıracağı üçün çox zərərlidir. (28.30)
  • Möminlər dinin əsas prinsiplərinə sıx bağlı qalmaqla yanaşı, zamanın övladları olduqlarını da nəzərə alaraq hərəkət etməlidirlər. Bu baxımdan da, onların nəzərində ənənəvilik ilə müasirlik bir-birinə zidd deyildir. (32.40)
  • Keçmişdən qopuqluq, lüks, fantaziya və abır-həya yoxsulluğu şəklində başa düşülən müasirlik bizdən fərsəx-fərsəx uzaqdır. (38.10)
  • Çay fəslinin meyvəsi.. bir ayədən bal nöqtəsi… (39.40)
  • “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (Nəhl, 16/68-69) tərcüməsindəki ilahi bəyanın xatırlatdıqları… (40.00)
  • Varlığı sözgəcdən keçirib araşdıran, kainat kitabındakı hər şeydən bir məna çıxaran həqiqi möminləarı arasında, sözun əsl mənasında, ciddi bir bağlılıq vardır. (43.56)
  • Yağ, süd, qatıq… qısa müddətdə xarab olur, bal isə illərə meydan oxuyur. Bu baxımdan da, insan bal kimi olmalıdır. Hal-hazırda dünyaya şəkər-şərbət təqdim etmə  mövqeyini mühafizə edən belə insanlar olmalıdır ki, məhz onlar şəfa sayılır. (47.10)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message