Ədalət ifrat və təfritin ortasıdır, yəni tarazlıqdır. İnsanda olan bu tarazlığı tənzimləmək də bir çox xeyirə vəsilə olan böyük potensialın yerli-yerində istifadə edilməsi ilə mümkündür. İnsanda şəhvət, qəzəb, qorxu və ağıl kimi məfhumlar düzgün istiqamətləndirilsə, ədalət ortaya çıxar, ifrat və təfritdə isə ədalətsizlik…

Məsələn, insandakı şəhvət duyğusu, ümumi mənada, həm insan həyatının davam etdirilməsinə səbəb olan şeylərə meyil oyadır, həm də nəslin çoxalmasına səbəb olur. İnsan yeməyə, içməyə istəyi, meyilliliyi ilə varlığını və səhhətini qoruduğu kimi, həmcinsinə qarşı olan hislərlə də nəslini davam etdirir.

Bu mülahizədən xaricində şəhvət duyğusunu nəzərdən keçirsək, ya onu kamillik yolunu kəsmiş cəllad cildində görüb kilsə rahibləri kimi ondan tamamilə üz döndərəcəyik ki, bu məsələnin təfrit yönüdür. Və ya dövrümüzün səfil anlayışını mənimsəyib hədd-hüdud qoymadan hər münasibəti məşru (qanuni) sayacağıq ki, bu da ifratdır.

Qəzəb də belədir. Yersiz coşub-daşmaq, xalqın dili ilə desək, “birəyə əsəbləşib yorğan yandırmaq” ifrat, ən müqəddəs və ən əziz şeylərin yerlə-yeksan olması, ismətin ayaq altında tapdalanıb namusun ləkələnməsi qarşısında sükut etmək də təfritdir. Ədalət isə küfrə, zülmə və əzab-əziyyətə qarşı olmaq, həmçinin, xeyirə səbəb olacaq yerdə müsamihəli və yumşaq olmaqdır.

Eyni şey qorxuya da aiddir. Yersiz qorxular və narahatçılıqlar həyatı əzaba çevirən ifrat və qorxulası, narahat olunası şeylərdən qorxub narahat olmamaq isə təfritdir. Birində kainatda hər şeydən qorxub hər şeyə ilahlıq, tanrılıq istinad etmə düşüncəsi var ki, Qanqa sahilləri bu təşvişin doğurduğu bütlərlə doludur. Digərində isə, yerdə və göydə heç nədən, heç kəsdən qorxmama kimi bir dəlilik və nəfsini, varsa, millətini ölümə sürükləmək qədər vəhşətdir. Ədalət isə əhəmiyyətli məsələləri nəzərə alaraq ehtiyatlı, tədbirli olmaqla yanaşı, ehtimaldan uzaq olan narahatçılıqlara qarşı da mətanətli olmaqdır.

Ağıl üçün də eyni şeyləri demək olar. Müşahidə və hissin gəldiyi nəticələri hesaba qatmadan sadəcə ağıla etimad ifrat, ağlı nəzərə almadan qatı pozitivizmi və ya vicdanı əsas götürüb bunun xaricində hər şeyi inkar etmək də təfritdir. Birincidə köhnə məntiqçilərin söz oyunlarını, indiki materialistlərin də dialektikasını; ikincidə isə Avqust Kornt pozitivizmini və Xristian mistizmini görə bilərik.

Ağılda ədalət isə hiss və müşahidənin gəldiyi nəticələri dəyərləndirmə, yeni sintezlər meydana gətirmə və bunlarla hiss və müşahidə sahəsinə daxil olmayan şeyləri qavramağa çalışmaqdır. Ağılın düzgün istiqaməti, doğruluğu isə ancaq vəhyin işıq saçan şüaları altında mümkündür. Səmavi nəğmələrdən üz döndərmiş ağıl ya Aristotel təkəbbürlü firon və ya kilsəyə özünü həbs etmiş aciz bir qış ağcaqanadıdır. Sahib olduğumuz bu duyğularda ədalət bir əsas olduğu kimi, mükəlləf olduğumuz hər şeydən əsasdır.

Həmçinin etiqadda ədalət, inancın doğru istiqamətdə olması İlahın varlığını qəbul edib Onun kamil sifətlərə malik olduğunu, nöqsan sifətlərdən uzaq olduğunu, bunları qəbul etməmək dinsizlik (ilhad), Allahın sifətlərinin qəbul etməmək (tətil) və “Allah cisimdir, cövhərdir, orqanlardan meydana gəlmişdir və bir məkanı vardır” demək də bir təşbehdir və küfrdür.

Digər etiqadi məsələləri də gözdən keçirə bilərik. Məsələn: “İnsanın qüdrəti və ixtiyarı yoxdur” demək bir cəbirdir (insanın əlindən iradənin alınmasıdır). “İnsan bütün işlərin xaliqidir” demək də ifrat bir iradə anlayışıdır. İnsan iradəsinin qəbul edilməsi və Allahın hər şeyin xaliqi olaraq mənimsənilməsi isə ədalətdir.

Əməli məsələlərdə də ədalətə şahid ola bilərik. Əvvəla qeyd edək ki, mütləq mənada hər işimizə dünya və üqba, ruh və vücud tarazlığı aspektindən yanaşmaq ədalətdir. Əgər dünyamız axirət və mənəvi həyatdan məhrumsa, bu bir maddəpərstlik və ifratdır. Cismaniyyətin inkarına gətirib çıxaran Xristian spiritualizmi isə təfritdir. Bu iki məfhum arasında tarazlıq isə doğru istiqamətdir.

Bu məsələlərdən birini yəhudilik təmsil edirsə, digərini də xristianlıq təmsil edir. Məsələn, yəhudilikdə qəsdən adam öldürmə cinayətində əfvə baxılmadan bilavasitə qatilin ölümünə hökm verilir. Xristianlıqda isə qatil mütləq bağışlanmalıdır. Yəni birində ifrat, digərində də təfrit vardır. Ədalət isə əfvi də nəzərə alaraq qisasın alınmasıdır. Gündəlik həyatda nəzəri və praktiki olaraq ədaləti görmək və göstərmək mümkündür. Lakin insanlar böyük rəhbərlərlə bu doğru yola istiqamətləndirilməsə, onların ədaləti tapması da olduqca çətindir.

Dövrümüzdə tez-tez gündəmə gətirilən ictimai ədalət isə ədalət anlayışının cəmiyyətə də əks olunan hissəsindən sadəcə biridir. Nəzəri və praktiki olaraq istiqaməti tapmış insanların ədalətsizlik etmələri qeyri-mümkün olduğu kimi, onlar arasında ictimai ədalətsizlikdən də danışmaq əbəsdir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message