Bütün dünya ondan danışır

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Bütün dünya ondan danışır

“Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq” konfransında iştirak edən Rus və Qırğız alimlərindən Xoca Əfəndinin düşüncələrinə tərif yağdı…

Qırğızıstanda keçirilən “Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq” konfransında iştirak edən Rus və Qırğız alimləri Xoca Əfəndinin düşüncələrinin sülhə verdiyi böyük töhfəsinə tərif yağdırdılar. Xoca Əfəndinin layiqincə qiymətləndirilmədiyindən gileylənən alimlər: “Gülən bütün dünya üçün böyük şansdır” deyirlər…

Qırğızıstanın paytaxtı Bişkekdə “Yusuf Xas Hacibdən Fəthullah Gülənə Xoşgörü və Dialoq” konfransı keçirildi. Beynəlxalq Ruhaniyyət Vəqfi və Dialoq Avrasiya Platforması birgə əməkdaşlığı ilə təşkil olunan konfrans universitet və mətbuatın önəmli simalarını bir araya gətirdi…

Türk təşəbbüskarlarının Bişkekdə açdığı bir iş mərkəzində təşkil olunan konfransda Fəthullah Gülən Xoca Əfəndini tanıdan və təhsilə verdiyi önəmdən bəhs edən qısametrajlı film böyük marağa səbəb olarkən, məşhur Türk mütəfəkkiri Yusuf Xas Hacib və Fəthullah Gülənin dünyada xoşgörü və dialoqun hakim olması üçün apardığı fəaliyyətlərdən bəhs olundu.

Rusiya “Rodina” jurnalının baş redaktor müavini Tatyana Filipova:

“Fəthullah Gülən böyük bir elm adamı və mütəfəkkirdir. Gülən bütün dünya üçün böyük şansdır. Yaşayan bu görkəmli mütəfəkkirin dəyəri bilinməli və ondan yaxşı istifadə edilməlidir”.

Beynəlxalq Atatürk Alatoo Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin beşinci kurs tələbəsi Kirmanbek Mamıtov:

“Mən Fəthullah Gülən müasir dünyadakı tolerantlığa, dialoqa, xoşgörüyə; bəşəriyyətə öz həyatını həsr etmiş bir şəxs kimi tanıyıram…”

Konfransda Qırğızıstan Türkiyə Manas Universiteti Rektoru Prof. Süleyman Kayıpov Fəthullah Gülənin təşviqi ilə dünyanın bir çox ölkəsində açılan təhsil müəssisələrinin fəaliyyətlərindən övgü ilə bəhs etdi…

Qırğızıstan Türkiyə Manas Universiteti Rektoru Prof. Süleyman Kayıpov:

“Təhsil hərəkatı çox mükəmməldir, çünki çox müvəffəqiyyətlidir, buna heç kəs müvəffəqiyyətsiz deyə bilməz”.

Konfransda Bişkek Kaşğarlı Mahmud Universiteti Rektoru Prof. Asan Ormoşov da görkəmli elm və sülh adamı Xoca Əfəndinin dəyərinin hələ indi-indi bilinməyə başlandığına diqqət çəkdi…

Bişkek Kaşğarlı Mahmud Universiteti Rektoru Prof. Asan Ormoşov:

“Bundan 30 il əvvəl Türkiyədə Gülənin təhsil hərəkatına qarşı çıxan idarəçi və qeyri-hökümət təşkilatları vardı. Onun şəriət gətirəcəyindən bəhs edilirdi. Ancaq zaman Fəthullah Gülənin belə bir niyyət daşımadığını, əksinə dünyada xoşgörü və dialoqun hakim olması üçün çalışdığını göstərdi, artıq bütün dünya onun dəyərini anladı”.

Konfransda Qırğız Komuz incəsənət ustalarının verdiyi konsert də böyük maraqla qarşılandı…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message