Dünəndən bu günə

Qüdrət əli hörmüşdü bizi. İlahi idi toxunuşumuz. Sağlam qaydalar üzərinə elə oturmuşduq ki, Çin Səddi ayaqlarımızın dibində qalırdı. Varlığın maddə və məna ucları bizdə birləşir; ərşiyələr, fərşiyələr (göy və yer üzünə aid olanlar) bunun sayəsində işığa çıxır və aydınlığa qovuşurdu. Qədim Roma nizam və intizamı ilə; Afina elmi potensialı ilə qapı qulumuz olub, bizdən ərkan (əsaslar, təməllər) dilənirdi. Əsgərlik bizim kazarmamızda, idarə bizim saraylarımızda, çölü qəsvətli saraylarımızda.. cəmiyyət, bizim toplumumuzda səmanın rəngini alır, səmalaşır, səmaviləşir və min cür varlıq cilvəsi göstərirdi. Yollar qıvrıla-qıvrıla bizə baş çəkir; karvanlar ölkəmiz üçün "şəddi-rihal" (səfər məqsədi ilə heyvana palan vurma) edərdi. Krallar gəzintilərini bizim yamac və sahillərimizdə təşkil edər, sərvətlər çay olub ölkəmizə axardı. İrəmlər (Çox qədim dövrlərdə Yəməndə Ad qövmünün hökmdarı Allaha üsyan edərək Cənnətə bənzətmək iddiası ilə İrəm bağını saldırır, bu bağdakı köşkünə girmədən qövmü ilə yəni tərəfdarları ilə birlikdə Allahın qəzəbinə düçar olub, yerin dibinə batır), "Taqi- Kəsralar" (Ənuşirəvanın tikdirdiyi məşhur tağ) kəmərimizdə bir toqqa, üzüyümüzə bir qaş olmuşdu. Həyat nizamımız, ictimai ahəngimiz, maddi rifahımız, hüzurumuz, əmin-amanlığımız və ümidlərimizlə "günəş dövlətləri"ni, "utopiyaları", "əl-Mədinətül-Fazilə"ləri (“İdeal dövlət”-Farabinin əsəri) sanki bir prizma süzgəcindən keçirərək mənimsəmiş, xəyalda varlıq cilvəsi göstərməyə müvəffəq olmuşduq. "Ali qövmdük, səma peyma (ölçən) idik, iftixar qaynağı idik" bütün tarix boyu.

Sonra bir qanlı kabus, qorxunc bir əjdaha su mənbəyimizin başında oturdu, bağ və bostanımızı qurutdu. Ümumi bir tənəzzül və süqut başladı. Bürclər çökdü, qalalar yıxıldı, göllər qurudu, yollar xarab oldu. Xanimanlar (ev-eşik) dağıldı, ocaqlar söndü, ikinci bir Orta Asiya köçü başladı. Köç vardı, lakin hara gedəcəksən.! Bir sənin yurdunda deyil, gedəcəyin hər yerdə yanğın və dağıntı vardı.

Köçmədik, qaldıq və başımıza yıxılan ümranın (mədəniyyətin) bizə məzar olmasını gözlədik. Üfüqümüzdə ümidverici bir şəfəq, səmamızda ümid qığılcımı yox idi. Torpaq həyatsız, səma qupquru idi və bir qiyamət səhəri gözləyirdi hər kəs.

Gözlənilməz bir şey oldu qəflətən. Buludun gözü damla-damla doldu… Torpaq sinəsini açdı, qabardı. Rüşeymlər qiyafələrini geyib bahar nərələri çəkməyə başladı. Toxumlarda sancılar başladı. Yumurtalar kürtə qoyuldu və bizlər hər vadidə min doğuş və min dirilişin həsrətini çəkməyə başladıq. Baş verənlər bizim üçün yeni ortaya çıxan şeylər idi. Bunları səbəb-nəticə prinsipi ilə izah etmək qeyri-mümkündü. Çünki sərf edilən güc və əmək bir cismə həyat bəxş etməkdən belə uzaqdı. Halbuki ətrafımızda cuşa gəlmiş min bir bahar havası və minlərlə diriliş nərələri vardı. Bu baş verənlərə möcüzə deyilməsə də, onları Qüdrəti Sonsuza isnad etməkdən başqa da izah yolu yoxdu. Təmiz könüllərin saf istəklərinə rəhmət səması ətəyi inayətlə dolu gəldi. Və "dağılmış ellərimizi, kimsəsiz çöllərimizi" abad etdi, həyat verdi. Yıxılmış xanimanlarımıza dostluq və ünsiyyət gətirdi. Aradakı boşluqdan əsər-əlamət yoxmuş kimi, quracağımız ümran dövrü ilə "yıxıq bir röya"ya dönən keçmiş arasında bir vüslət körpüsü quruldu.

Artıq yeni bir hüsrana fürsət verməyəcək; bu yeni doğuş mərhələsinə başlamışkən, közərməyə başlamış ümid ocaqlarımızı söndürmələrinə icazə verməyəcək və göz yummayacağıq. Dirilişimiz üçün bölünməzliyi, tək vücud olmağı və var olmaq üçün bütün həyati şöbələrin zəruriliyini dar düşüncələrinə sığışdıra bilməyənlər yol, metod inhisarı ilə nəticəsi hüsran olan bir müharibəyə zəmin hazırlamış ola bilərlər; biz buna: "Min nifrət!" deyərək yolumuza davam edəcəyik.

Bu böyük iş və məfkurəni müəyyən bir zümrəyə inhisar etdirmək istəyənlər necə də yanılırlar.! Bəli, bütün bir insanlığın uğrunda baş qoyacağı bu məfkurə heç bir zümrənin inhisarında kamil mənada təmsil edilə bilməyəcəyi kimi, cahanşümul mahiyyətini də qoruya bilməyəcək. Fərqli xarakterlərin, fərqli yanaşanların meydana gətirdiyi alaylar, taborlar, bölüklər özünəxas mahiyyət, ab-hava və qabiliyyətləri ilə xəzinə kimi bu ağır yükə çiyin verib altına girdikləri zaman rəhmətlə münasibət qurulmuş olacaq. Mənası doğru olduqdan sonra zəiflik isnadından nə çıxar. Söz Sultanı: "Ümmətimin ixtilafı rəhmətdir," –deyə buyurmurmu? Bu xəzinənin daşınması istənilirsə, daşımaq üçün uzanan əllərin səmimiyyətinə baxmaq lazımdır.

İş bizdə başlasın, bizdə də bitsin düşüncəsində şeytanın hiyləsi olma ehtimalı var. Haqpərəstlik Haqqın xatirinin uca tutulmasını tələb edir. O məqamda Haqqa xidmət edən hər əl öpülər. Hər düşüncə hörmətlə qarşılanar. O biri aləmdə Haqqın inayət və lütfü bizim hesablarımıza görə cərəyan etməyəcək. O, səlim və iman dolu könülləri, həqiqəti əks etdirən simaları axtaracaq və tapacaq.

Elə isə, ey əbədiyyət yolunun yolçuları! Sonsuz, əbədi bir zaman içində birlikdə olacağınız insanlara qarşı davranışlarınızı nizamlayarkən, dünya ilə bitən kin və nifrətlərə, xudkamlıq (öz kefi ilə iş görən) və həsədlərə görə deyil; buradan köçməklə başlayan əbədi aləmə görə nizamlayın! Nizamlayın ki, bu dirilişimizi korlamayasınız! Və qətiyyən bilin ki, dünya üzərində cərəyan edən bu böyük mübarizədə mücadilənin həqiqi hədəfini təyin etmədikcə, həqiqi rəqiblərinizin əlində oyuncaq olmaqdan xilas ola bilməyəcək və müvəffəqiyyət gözlədiyiniz hər yerdə hüsrana məruz qalacaqsınız…!

Elə isə gəlin! Görən, Bilən və Nigəhban (baxan, görən) olanın hüzurunda əhdü peyman edək! Millət və keçmiş düşmənçiliyi ölsün, bizlər o məzarın başında istər imam olaq, istər qəbirqazan… Bu qara buludlar getsin, bir günəş doğulsun, istər sultan olaq, istər dilənçi..!

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message