Xoşgörü (Tolerantlıq)

Millət olaraq yenidən bir özünə qayıdış astanasındayıq. Bir müxalif rüzgar əsməzsə, gələcək illər bizim “var oluş illərimiz” sayıla bilər. Ancaq özünə qayıdışdakı üslub fərqliliyi, son bir-iki əsrdə millətin düşüncə və mədəniyyət həyatına girmiş bəzi yeniliklərdən hansılarının atılıb, hansılarının alınacağı mövzusunda mütabiqət çətinliyi, cəmiyyətə yeni bir ruh bəxş etmədə üsul və metod ayrılığı, keçmişi, bütün həyati yönləri ilə gələcəyə daşımada mülahizə nüansları bizə ümidlə yanaşı, çox güman ki, ağır günlər də yaşadacaq.

Bir millət olaraq gələcəyə addım atarkən, hər künc-bucaqda yolumuzu kəsən ayrılıq, fərqlilik və mütabiqət çətinliklərindən doğan əngəllərə qarşı ən güclü silahımız, ən sağlam sığınacağımız güman ki, xoşgörüdür.

Qüsurlara göz yummaq, fərqli düşüncələrə hörmət bəsləmək, əfv edə biləcəyimiz hər şeyi və hər kəsi əfv etmək, hətta öz haqlarımızın pozulması qarşısında belə, üstün insani dəyərlərə hörmət mahiyyətində, “ehqaqi-haqq (haqq çərçivəsində hərəkət etmək)” etməyə çalışmamaq, qəbulu qeyri-mümkün olan ən qaba fikir, ən vəhşətli düşüncələr qarşısında belə, peyğəmbəranə bir təmkinlə ümidsizliyə qapılmadan, Quranın qəlblərə nüfuz etmə naminə “qövlü-leyyin” ünvanı ilə təqdim etdiyi, qəlbi-leyyin, hali-leyyin, tövrü-leyyin adlı yumşaqlıqla cavab vermək, hətta müəyyən müxalif düşüncələr ki, bizə bilavasitə və ya nəticə etibarilə bir şey deməsə də, sırf qəlbi, ruhi və vicdani həyatımızı tez-tez inşa və bərpaya məcbur etməsi etibarilə, faydalı görəcək dərinlikdə bir xoşgörü…

Zaman-zaman hörmət, mərhəmət, alicənablıq və bəzən də müsamihə mənasında istifadə etdiyimiz xoşgörü əxlaqi sistemlərin ən əhəmiyyətli əsası, səmavi mahiyyətli insanı-kamil əxlaqı və digər bütün prinsiplərə də mənbə ola biləcək mühüm bir ruh intizamıdır.

Xoşgörünün mərcəyi altında möminlərin savabı başqa bir dərinlik qazanar və sanki namütənahiləşər; səhv və qüsurlar isə elə büzülər və kiçilərlər ki, dünyalar qədər də olsa, bir üskük içinə sığar. Əslində mənəvi aləmlərdən və bu aləmlərin fövqündən gələn müamilə də daim bu fərmandan keçərək gələr, bizə və bütün varlığa qucaq açar. Bu isti qucağın rəngarəngliyindəndir ki, bir bağiyə susamış bir küçüyə içirdiyi bir qurtum su ilə “Qüfran Qapısı”nın toxmağına toxunanda, özünü iffətə, istiqamətə və cənnətə uzanan bir dəhlizdə görmüş.. bir sərxoş Allah və Rəsuluna duyduğu əngin sevgi sayəsində silkələnib bir həmlədə məiyyəti-nəbəviyyəyə (nəbiyə yaxınlıq) nail olmuş.. və bir əli qanlı qatil təvəccöhün ən kiçiyi ilə bəhimilik psixozundan qurtulub, istedadını çox-çox aşan payələrin ən ucasına yüksəlmiş, hətta ona nail olmuşdur.

Biz, hər birimiz, hər kəsin bu mərcəkdən bizə baxmasını istər və ətrafımızda daim əfv rüzgarının əsməsini umuruq. Bəli, hər birimiz; dünənimizi, bu günümüzü xoşgörü və müsamihənin o yumşaldan-dəyişdirən, təmizləyən-paklaşdıran iqliminə həvalə edər, sonra da gələcəyə doğru eləcə əmin və əndişəsiz yola çıxmaq istəyərik.. istəyərik və keçmişimizin qarışdırılmasını və bu günlərimizin, sabahlarımızın bulandırılmasını qətiyyən arzu etmərik. Biz hamımız, bir ömür boyu sevgi və hörmət umar, xoşgörü və müsamihə ümid edər, mərdlik və məhəbbət hissləri ilə qarşılanmaq istəyərik. Evdəki ərköyünlüyümüzdən ötrü ana-atamızdan; məktəbdəki dəcəlliklərimizdən ötrü müəllimimizdən; haqsızlıq edib zülm etdiyimiz məğdur və məzlumlardan; məhkəmədə hakim və prokurordan; əsgərdə komandirlərdən; polis bölməsində polislərdən.. və təbii ən yüksək divanda da “Əhkəmül-Hakimin”dən əfv və müsamihə gözləyərik. Ancaq bütün bu ümidlərlə yanaşı, ümidlərə ləyaqət də çox əhəmiyyətlidir. Başqalarını bağışlamayanın əfv gözləməyə haqqı yoxdur.. dərəcəsinə görə hər kəsə hörmət qoymayan hörmət görə bilməz.. hər kəsi sevməyən sevilməyə layiq deyil.. Bütün insanlara xoşgörü və müsamihə ilə qucaq açmayan əfv ləyaqətini itirmişdir. Kommunizm xoşgörü bilməyən bir sistem idi.. ateizm müsamihə tanımayan bir düşüncə tərzidir; ondan müsamihə gözləmək bir yanlışlıq, onun başqalarından hörmət umması da boş bir xəyaldır. Düşüncələrində, yazılarında başqalarına söyüşlər yağdıran bir talehsiz qələmin başqalarından hörmət gözləməyə haqqı yoxdur.. söyənə söyərlər, döyəni də döyərlər. Bunları həqiqi müsəlmanlar: “Onlar boş söz, nalayiq davranışla qarşılaşanda nəcabətlə keçib gedərlər”.. “Əgər onları bağışlar, müsamihə göstərər və qüsurlarını da görməzliyə vursanız…” kimi ilahi prinsiplərlə o əngin sinələrində xoşgörü ilə görməzlikdən gəlib yollarına davam etsələr də, taleyin ədalətini təmsil edəcək başqaları mütləq meydana çıxacaqdır.

Dəlalət, küfr və ateizm üzərində qurulmuş bəzi ölkələrdə müsamihə və xoşgörü olmadığı üçün, fikir azadlığı, ədəbli tənqid, üsuluna müvafiq fikir mübadiləsi və haqpərəstlik anlayışı içində müzakirə, bir sözlə, məntiq və ilham payələrindən danışmaq qeyri-mümkündür. Məncə, ölkəmizdə illərdən bəri zil səslə bu qədər hayqırtılara baxmayaraq, bir addımlıq yol gedilməməsinin əsl səbəbi də məhz budur.

Bəli, illər var ki bu ölkədə -ədəbim imkan vermədiyi üçün açıq söyləyə bilməyəcəyəm- ağlasığmaz hər cür əxlaqsızlıq xoşgörü və müsamihədən dolu-dolu nəsibini aldığı halda, bəzi müsəlmanların, hələ də “mürtəce, doqmatik, teokratik nizam tərəfdarı” kimi damğalarla və indi də “fundamentalizm”lə qaralanmasına və İslamın vaxtı ötmüş bir sistem kimi göstərilməsinə çalışılır. Bəli, bu gün hələ də dini duyğularını ifadə edənlərə mürtəce, doqmatik, fundamentalist; milli hisslərini və keçmişi yad edənlərə də, Turançı, xəyalpərəst damğasının vurulduğunu təəssüflə müşahidə edirik.

Fərdləri bir-birinə xoşgörü ilə baxmayan millətlərdə və müsamihə ruhunun tam yerləşmədiyi ölkələrdə müştərək düşüncədən və kollektiv şüurdan bəhs etmək qeyri-mümkündür. Belə bir ölkədə, böyük-kiçik hər düşüncə ziddiyyətlərin, münaqişələrin əsarəti altında bir-birini yeyib tükəndirər; mütəfəkkirlər də daim “xəlbirlə su daşıyarlar” və yenə belə bir ölkədə qətiyyən sağlam bir düşüncə və inanc azadlığı təmin edilə bilməz, etdirilsə də yaşadla bilməz. Hətta belə bir ölkədə hüquq dövlətindən də söz edilə bilməz; zahirən var görünsə də, bir aldatmacadan başqa bir şey deyildir.

Əslində müsamihə və xoşgörünün olmadığı bir yerdə sağlam bir mətbuat və nəşrdən, elmi düşüncədən və mədəniyyət fəaliyyətlərindən bəhs etmək də müşküldür. İndiki dövrdə buna bənzər fəaliyyətlər isə, müəyyən bir düşüncə və müəyyən bir anlayışa görə təzyiq altına alınmış bir yönlü, tək cəphəli bəzi qısır işlərdir ki; bunlardan təzə, faydalı və gələcək vəd edən bir şey gözləmək də əbəsdir.

Sızıntı, Oktyabr 1993

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message