Bayram Düşüncələri

Qurban bayramı Həzrəti İbrahim və İsmayıldan bu günə qədər daim qəhrəmanlığın, fədakarlığın və təslimiyyətin rəmzi olmuşdur. Qurban bayramı orduların döyüşə gedişi kimi gur təkbirlərlə gəlir və bir vəlvələ salaraq hər yanda əks-səda verir. Bu bayramda həm nəğmə və şeir, həm də döyüş meydanlarının nərələrlə haqqı hayqıran səsləri iç-içədir.

Qurban bayramında evlər, küçələr, məbədlər, dağlar, daşlar təkbirlərlə lərzəyə gəlir. Minarələrdən yüksələn təmcidlər (Sabah namazı vaxtından öncə minarələrdə söylənən İlahi, niyaz) ən məstedici nəğmələrlə dalğa-dalğa yayılaraq evlərimizə çatınca, kənd-şəhər, el-oba, çöl-çə­mənlik qoyun-quzuların mələrtisi ilə əhatəolunur. Bu müqəddəs zaman dilimində hər kəs, hər şey və hər yer sanki dilə gəlir və danışır. Ərafat məhşər kimi qaynayır və köpürür, hesab meydanı kimi əndişə və ümid yayır.. Müzdəlifə, Mina yoldakıların təlaş və tədarükü ilə uğuldayır.. Kəbə qəlbi həsrətlə yanan qüfrana susamışların nəbzi kimi vurur.. və bütün bu sədalar, alıb-verilən nəfəslər Haqq qarşısında divan durmuş inildəyən ən mükərrəm qulların harayları kimi veraların (Kənar. Başqa tərəf. Arxa, geri-axirət aləmi nəzərdə tutulur) qapılarını döyür. Sanki əbədiyyət tərənnüm edən bu səslərlə hisslərimi­zin hüdudsuzluq, xəyallarımızın sonsuzluq vəzifəsini əda etməsi kimi, duyğularımızın bütün xəzinələri açılır.. və bütün gizli hisslərimiz sapı qırılmış təsbeh muncuqları kimi hər yana saçılır. Hər yanda coşa-coşa Haqq dərgahına yüksələn bu sehrli səsləri duyub könüllərimizdə cənnət mehi kimi əsən sevinc və şadlığı yaşadıqca sanki eşqdən, şövqdən və bayramın füsunkarlığından süzülmüş həyatbəxş bir iksiri içirik.

İmana məzhər olmanın, Haqqa qulluğun, qulluqda şüurun könüllərimizi ucaltdığı zir­vələrdən yeridiyimiz yolu seyr edir, taleyin bizə yazdığı kitabın səhifələrini çevirib “Kitab, bu­dur!” deyir və bəxtimizə təbəssümlər saçırıq. Bu nailiyyət və mövhibələrin (hədiyyə, bəxşiş, ehsan) dadı, ləzzəti ruhlarımızı elə bürüyür ki, gözlərimiz şükürlə ətrafa nəzər salır, duyğularımız bahar kimi yaşıl don geyinir.. və ruhlarımızın qapısını çalan ilham və ruhlarımızdan lahut aləminə yüksələn inayət qanadlı dualar, minacatlar, iniltilər fövqəlfitrət səmavi bir mənaya, bir ab-havaya və bir dəyərə yüksəlir. Belə ki, hər bir saat, hər bir dəqiqə, hər bir iş, hər bir imkan daha dərindən yaşanmağa, daha şüurlu dəyərləndirilməyə ləyaqət qazanır; qazanır və ruhani zövqlərlə coşmuş vicdanlar: “Lütfünü artır, Allahım!” deyib daha da məst olmaq istəyir.

Bayram günləri dini və məşru adətlərin səfalı iqlimində ibadətlərlə həzzə və ruhani həzlərlə ibadət şadlığına büründükcə, yenidən var olduğumuzu, əbədiləşdiyimizi, qəlblərimizin kövnü-məkanlar qədər gənişləndiyini və şüurlarımızın İlahi ehsanlarla işıqlandığını daha açıq-aydın duyur.. və maddiyyatımızın əriyib mənəviyyata qarışdığını, tamamilə ruhaniləşdiyimizi sanırıq.. sanırıq və imanın daim könüllərimizə pıçıldadığı əzəli vədlərə doğru bir çay kimi axırıq.

Bayram günlərində yaşadığımız duyğularla gah qollarımıza qanad taxıb havalanır, gah da şən, ahəngli və hamar bir yol ilə ruh aləminə doğru yeriyirik. Bəzən səmada heç qanad çırpmadan sağa-sola süzülən quşlar kimi, bəzən ağacların başlarında həzin-həzin tərpənən yar­paqlar kimi, bəzən də rüzgarın toxunuşu ilə yellənən, yelləndikcə də ətrafa ətir saçan çiçəklər kimi zərifləşir, incəlir və qələmdən süzülən şeirə dönürük.

Bəzən tamamilə riqqətə qərq olur və duyduğumuz hər təkbir, hər təhlil, hər üxrəvi səs və sözlə elə ağlayır, elə ağlayırıq ki, başdan ayağa islanırıq göz yaşlarımızla. Bəzən sevincə qərq olur və sanki fişənglərə minib səmada saçılan rəngarəng işıqlarla əl-ələ gəzirik.. bəzən də sanki sehrli bir səccadə üstündə fəzada ulduzlar arasında səyahət edirik. Bəzən qoyun-quzu mələş­məsi ilə riqqətə gəlir, duyğulanır və qeyri-adi hisslərin təsiri ilə şam kimi için-için yanıb əriyirik.. bəzən də bunları o qədər təbii, yerli yerində və baş gicəlləndirici bir ahəngdə görü­rük ki, “Bundan daha mükəmməli ola bilməz” deyir, taleyin sirli naxışları qarşısında ovsunlanırıq.

Bəzən minarələrdən yüksələn təmcidlər, azanlar, məscidlərdən hər yana səs salan təkbirlər, Quranlar və bunların vicdanlarda meydana gətirdiyi əks-sədalar elə şeirləşir, insanların daxili aləminə elə hopur və onları ovsunlayır ki, zənnimcə, könül dünyamızda heç bir zövq nə bu dərinliyə çata bilər, nə də bu nailiyyətə. Üstəlik bu səs və bu sözlərə həzin nəğmə kimi səhər yeli də qarışıb əsincə həyəcanlarımız diləgəlməz bir səviyyəyə ucalır, hisslərimiz də tufan kimi coşub daşır.

Xüsusilə, həcc əsnasında hər yerin ümumi dil və ümumi şivəsi olan “təkbir”lər və “təlbiyə (Ləb­beyk Allahummə Ləbbeyk)“lərlə ən gizli düşüncələrimizi, ən möhtərəm qənaətlərimizi uca səslə elan edərək və ən sirli hislərimizi ən ürəkyaxan nəğmələrlə dilə gətirərək sanki bir məhşər gününə hazırlanırıq. Bu çox munis və bir o qədər də tükürpərdən mənzərələr qarşısında son dərəcədə dərin və bir o qədər də təbii sözlərlə daim məkan dəyişdirərək gəzir, vəzifələrimizi əda edirik, lakin daim arxamız cəhənnəmə dönük, gözlərimiz cənnətin tüllənən şəfəqləri ilə məst, qəlblərimiz də İlahi rizanın arxasında…

Məhz bu duyğularla bizə biçilən hüdudları tamamilə aşaraq, bütün xudkamlıqlarımızdan xilas olaraq, taxtımızı qəlb və ruhun səmasına qurur, dünyaya baxan yönü ilə cismaniyyət və maddiyat küllərini sağa-sola sovurur və vicdanın bir küncündə gizlətdiyimiz cənnətdən gətirilmiş qığılcımları bir daha alovlandırır.. və o alov, o hərarət, o işıq altında bu yeni varlığımızı ürəkdən salamlayır, taleyimizə təbəs­süm­lər saçırıq.

Sızıntı, May 1992

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message