Dünyanın bu ideyalara ehtiyacı var

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Dünyanın bu ideyalara ehtiyacı var

Bir neçə gün əvvəl Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun və Liberal Demokratik Partiyasının təşəbbüsü ilə Dövlət Dumasında keçirilən konfransda məruzəçilər türkiyəli Fəthullah Gülən ideyalarının dünyada mövcud konfliktləri aradan qaldırmaq üçün ən önəmli proqram olduğunu vurğulayıblar.

Ötən il ABŞ-ın müxtəlif şəhərlərində türkiyəli fikir adamı Fəthullah Gülənin ideyaları və mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə bağlı konfranslar keçirilmişdi. İngiltərədə, Almaniya başda olmaqla Avropanın bir çox ölkələrində də ötən müddət ərzində analoji tədbirlər gerçəkləşdirilmişdi.

Bir neçə gün əvvəl isə Rusiya Dumasında Şərqşünaslıq İnstitutunun və Liberal Demokrat Partiyasının təşəbbüsü ilə keçirilən “Çağdaş dünya üçün Qandinin əhəmiyyəti: tarix və sosial perspektiv” adlı konfransda iki böyük fikir adamının – Hindistan dövlətinin qurucusu Mahatma Qandi və Fəthullah Gülənin ideyaları ətrafında geniş müzakirələr aparılıb. Şərqşünaslıq İnstitutunun direktor, professor Rostislav Rıbakov bu iki fikir adamı arasında oxşar cəhətlərlə yanaşı mühüm fərqlərin də mövcud olduğunu ifadə edib. Qandidən fərqli olaraq Gülənin siyasətçi olmadığını və bəşəriyyətin nicatını şüurlarda, həyata baxışda ciddi dəyişikliklər etməkdə və fərqli dinlər, mədəniyyətlər arasında dialoq fəaliyyətini gücləndirməkdə gördüyünü söyləyən Rıbakov türkiyəli mütəfəkkirin hər cür terrora, qeyri-insani addıma qarşı barışmaz mövqe tutduğunu vurğulayıb.

Dialoq Avrasiya Platformasının Rusiya üzrə mütəxəssisi Ali Sami Yıldırım da öz çıxışında Gülənin ABŞ-dakı 11 sentyabr terror hadisəsindən və eləcə də Beslan faciəsindən sonra hər cür zorakılıq əleyhinə birgə mübarizə aparmağa çağırdığını xatırladıb. Gülən ideyalarında İslamın ədalət, gözəllik dini olduğunu və məqsədə çatmaq üçün çirkin üsullardan istifadənin məqbul sayılmadığını, müsəlmanın terrorçu, terrorçunun da müsəlman olmasının mümkünsüzlüyü fikrinin mühüm yer tutduğunu vurğulayan Yıldırım dünyamızın ciddi seçim qarşısında olduğunu xatırladıb və deyib ki, bəşəriyyət “yaradılanı Yaradandan ötrü sevmək” prinsipi ilə hər cür problemlərdən və konfliktlərdən qurtula bilər.

Rusiya Dövlət İqtisadiyyat Universitetinin professoru Leonid Sukyanin isə bu iki böyük fikir adamı haqqında çox maraqlı sözlər söyləyib: “Hər iki lider öz mədəniyyətindən çıxış edərək yaşadıqları zamanın problemlərinin həlli yollarını ortaya qoyurlar. Qandi hinduizmin min illik ənənəsinə əsaslanıb. Gülən isə İslam dininin təməl prinsipləri prizmasından zəmanəmizin problemlərinə baxıb. Gülən sadəcə müddəalar irəli sürməklə kifayətlənmir, bu problemləri və onların həlli yollarını zəmanəmizə uyğun bir şəkildə açıqlayır, çıxış yollarını göstərir. Bu gün dünyamızın Fəthullah Gülən ideyalarına böyük ehtiyacı var və məhz bu cür ideyaları mənimsəyib həyata keçirməklə bəşəriyyət işıqlı sabaha qovuşa bilər”.

Məruzəçilər və iştirakçılar Gülən ideyalarının təkcə ölkəsi üçün deyil, dünyamız üçün mühüm mənəvi sərvət olduğunu vurğulayıblar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message