Öz dəst-xəttimizi canlandırma yolunda

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Sızıntı » Öz dəst-xəttimizi canlandırma yolunda

Bir vaxtlar “din” deyəndə ilk ağla bizim dinimiz gələrdi və hər ağla gəlişdə də vicdanlar ehtiramla ürpərərdi. Hər şeydən əvvəl, onun salim vicdanlarda qoyduğu iz çox dərindi və hər cür əsassız inqilaba meydan oxuyacaq qədər də güclü idi. Onun hədəfində dünya sülhü və insanlığın əbədi səadəti vardı. Vəd etdiyi şeyləri həyata keçirmək üçün elə güclü argumentləri vardı ki, onu dəlili və mədlulu ilə tanıyanlar dünyada ən əlçatmaz zirvələri fəth etmiş sayılardı. O Allahdan gəlmiş, bəşəri Allaha dəvət edən elə güclü və inandırıcı səda idi ki, qərəzsiz bu sədaya qulaq verənlər bir daha onun təsirindən xilas ola bilməzdilər; xilas ola bilməzdilər, çünki bu sədada dünya və üqba səadətinin əks-sədası və insanları mələkləşdirmənin sirləri gizli idi. Bu səs səmaların səsi-sədası idi və qurduğu sistem də İslam dini idi.

Bu din sayəsində bəşər iç-içə ən bərəkətli yeniliklərlə tanış oldu və ən həyati təbədüllərə (dəyişmələrə) şahid oldu. O idi mütləq sülhə gedən yolları göstərən və o idi əsrlərdən bəri üst-üstə yığılmış bəşəri problemlərə ən son həll yollarını vəd edən. Təsəvvür edin ki, əsrlər boyu onun nurlu çöhrəsini qaraltmaq və önünü kəsmək istəyən bu qədər təcavüzkarlara baxmayaraq, o hələ də yeganə ümid mənbəyi olma mövqeyini qoruyur və ona sığınanlara ölümsüzlük iksiri təqdim edir…

Qaranlıq bir dövrdə ondan qopub uzaqlaşanlar, və ya bir inad uğruna ona qarşı çıxanlar öz bəxtinə qəsd edir etsinlər, o həmişə ən təravətli və könüllərə itminan aşılayan bəyanları ilə yol gedənlərə yeganə işıq mənbəyi və güvən böhranı yaşayanlara da əmniyət qaynağı oldu və olmağa da davam edir. Kim nə dəyirsə desin, bu dinin həqiqi təmsilçiləri sayəsində bütün dünya bir gün bu böyük gerçəyi mütləq anlayacaq və onun sərin-sərin hüzur əsən iqliminə can atacaqdır. Kim bilir, bəlkə də, o ilk diriliş çağlarında olduğu kimi, bu din bir daha hamımızı bağrına basacaq və bu can çəkişən dünyaya yeni bir həyat bəxş edəcək!.. Yetər ki, bu dinin müntəsibləri öz tərəddüd və ziqzaqları ilə ona ümid bağlayanları inkisara məruz qoymasın və cəmiyyətin vicadınında onun haqqında meydana gəlməyə başlamış etibarı sarsmasınlar.

Bu din bir zamanlar boğazına qədər qəflət, cəhalət və sapqınlıq içində boğulan kütlələri bir həmlədə bu durumdan qurtararaq, onları ağlasığmaz üfüqlərə yüksəltdiyi kimi, bu günün dağınıq və hədəfsiz kütlələrinə də mütləq, ilham qaynağı olacaq və onlara insan olmanın fərqliliyini hayqıracaqdır.

Bəli, bir gün bu din bünövrəsi möhkəm olan səmavi quruluşu ilə bu dövrün ipə-sapa yatmayan kütlələrinə də həqiqi insanlığa göz açdıracaq və mayasındakı ilahiliyi hər kəsə duyuracaq.. duyuracaq, çünki bu din bəzi mücərrəd ölçü, prinsip və nəzəriyyələrdən ibarət, içi boş bir sistem deyil; o, insan təbiəti ilə bütünləşmiş, onun maddi-mənəvi ehtiyaclarına cavab verə biləcək zənginliyə sahib sistemlər məcmuəsi; fərd, cəmiyyət qısacası hər kəsə nurlu bir gələcək vəd edən lahuti aləmlərin səsi-sədasıdır.. və hal-hazırda o özünə xas şivəsi və hər kəsə təsir edən əfsunu ilə bir zamanlar bəşəriyyəti yüksəltdiyi səmaviliyə bir daha yüksəltməklə ona dünya və üqba qapılarını açacaq sirli bir açar təqdim edir.

İndiki dövrdə olduğu kimi o, bəzi vəfasız müntəsibləri və ən böyük rəqibləri üzündən özünü tam ifadə edə bilməsə də, şərəfli bir saat və şərəfli bir zaman dilimində qəlb və ağıl izdivacına müvəffəq olmuş bəxtiyar şagirdləri sayəsində bir daha səsini səmalara və mənəvi aləmlərə çatdıracaq və o günün insanlarına iç-içə “şəbi-arus”lar yaşadacaqdır.

Bütün bunlar ən qaranlıq dövrlərdə reallaşdığına görə niyə yenə həyata keçməsin ki?!. Əslində, öz kəramət və ruhani dəyəri etibarilə oyandırıldığı təqdirdə insan yenə eyni insandır.. keçmişdə olduğu kimi, bu gün də hədəf dünya və üqba səadətidir.. bu məqsədi reallaşdırmaq üçün nizam-intizam yenə eyni nizam-intizamdır.. geriyə yalnız iman, ümid və əzmlə şahlanmış təmsilçilərin “Vira Bismillah” deyib işə başlamaları qalır… Qəlblər Allahın əlindədir, inşaallah bir gün o da olar.

“Haqq təcəlli eyləyincə hər işi asan edər
Xəlq edər əsbabını bir anda ehsan edər.”
(İbrahim Haqqı)

Qaldı ki, günümüzdə bu keyfiyyətə sahib təmsilçilərin olmadığını deyə bilmərik. Şübhəsiz ki, bir az həyəcan yorğunluğumuz və ahəstəliyimiz var, lakin bu da danılmaz bir həqiqətdir ki, bu günə qədər bir çox əhəmiyyətli layihələrin altına imza altıldı/atdırıldı.

Hər şeydən əvvəl, bu gün dünyanın hər yerində bizə məxsus o qədər qiymətli şeylər həyata qaytarıldı ki, bunları görməzlikdən gəlmək nankorluq, görüb hələ də bədbin olmaqsa, bir bədbəxtlikdir. Axı son dövrlərdə neçə hadisə göstərilə bilər ki, bu qədər sürətlə həyata keçsin!.. neçə dirçəliş var bu qədər ardıcıl təsdiqlənmiş!. və neçə düşüncə və dünya görüşü var bu qədər qısa müddətdə kütlələrin mənimsədiyi! Beləliklə, yer üzü eyni yer üzü, insanlıq eyni insanlıq, məfkurə eyni məfkurədir, keçmişdə reallaşan o müsbət hadisələr bu gün niyə reallaşmasın ki?!. Hələ sözü və özü bir olan həsrətini çəkdiyimiz o işıq saçan təmsilçilər müxtəlif fitrətlərə görə səslərini az-çox çatdırsalar, çatdırıb səlim düşüncə və ruhları öz dəyərlərinə göz açdırsalar, bax o zaman, əsrlərdən bəri işıq gözləyən bütün insaflı vicdanlar o dünyəvi darlıqdan sıyrılaraq bu işıq saçan ruhların səfalı iqlimlərinə can atacaq və çox fərqli bir həyatla tanış olacaqlar.

Bu da bir həqiqətdir ki, bu dövrdə buna bənzər dirçəliş hərəkatlarına qarşı bəzi cismaniyyata məftun insanlar müsbət hər fəaliyyəti qaralamağa, ləkələməyə çalışırlar.. xüsusilə, tamamilə dünyaya qapılmış, hər şeyə qarşı çıxan azsaylı oliqarx zümrə var ki, nə sən soruş, nə mən deyim. Bəli, belələri öz düşüncə dünyalarına -ona də düşüncə demək mümkünsə- zidd olan ən müsbət fəaliyyətləri belə ayaqaltına alır və ən günahsız hərəkatları belə qaralamaqdan imtina etmirlər. Bunlar bəzən “mürtəcelik” kimi sözlərlə, bəzən də “irtica” və “mürtəce” kimi həzəyanlarla din və diyanət adına ortaya qoyulan hər şeyə hücum edib hər gün yeni bir fitnəyə səbəbkar olmağa davam etsinlər, həqiqi insani dəyərlərə oyanmış təmiz vicdanlar bütün bunları da həmişə təbəssümlə qarşılamış və belələrinin belə -insan olaraq yaradılmış olmanın kəraməti- bir gün əməllərinə peşman olub üzr diləyəcəkləri günü “Ya Sabur” deyib gözləyirlər.

Hal-hazırda bizə Allaha söykənmək, əzmimizə əzm qataraq doğru bildiyimiz yolda getmək və əlimizdən gəldiyi qədər hər kəsə şəfqətlə qucaq açıb onlara belə içimizdə köpürən insani məhəbbəti duyurmaq düşür ki, bundan sonrası Haqqın təqdirinə riza və zamanın dözülməzliyinə qarşı da aktiv səbr və təmkinə qalır.

Sızıntı, İyul 2008, 30-cu cild, 354-ci nömrə

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message