Fərqli bir uşaqliq

1938-ci ilin noyabr ayında Ramiz Əfəndi və Rəfiyyə xanımın bir övladı dünyaya gəldi. Adını Fəthullah qoyurlar. Balaca Fəthullah hələ çox kiçik yaşlarında fərqli bir uşaq olduğunu göstərirdi. Həmyaşıdları kimi deyildi. Həmyaşıdları vaxtlarını oynamaqla keçirdiyi halda o, anasının dizinin dibində Quran oxumağı öyrənirdi. Dörd yaşı var idi. Həmyaşıdları hələ oxumağı və yazmağı bacarmırdılar. Lakin anası Rəfiyyə xanım ona Qurani Kərimi öyrətməyə başlamışdı. O özü də bu mövzuda çox həvəsli idi. Odur ki, qısa vaxtda Quranı xətm edir.

Anası Quranla yanaşı ona namaz qılmağı da öyrədir. Bu yaşda uşağın ibadətlərinə və Qurana olan bağlılığı ətrafdakılarda heyrət doğururdu. Hər kəs onda sanki bir fərqlilik sezirdi. Ailə üzvlərinin hər biri də ona qarşı xüsusi qayğı ilə yanaşırdı. O da öz növbəsində ailə fərdlərini çox sevirdi. Nənəsi və babası vəfat etdikdən sonra bir gün onların məzarlarını ziyarət edir və:

– Ya Rəbbim! Nə olar məni də öldür, nənəmə və babama qovuşum, -deyə dua edir.

Qardaş və bacılarına qarşı da eyni dərəcədə sevgi duyan Fəthullah Gülən Xoca Əfəndi bir qardaşı vəfat edində günlərlə heç nə yeməmiş və qəbrin başına gələrək:

– Allahım! Nə olar mənim canımı al, qardaşımı görə bilim, deyərək dua edir.

Bəli, bu ailənin üzvləri arasında bu qədər dərin sevgi bağları mövcud idi.

Məktəb yaşı gələndə kənd məktəbinə yazılan Fəthullah Gülən Xoca Əfəndi burada da qeyri-adiliyi ilə seçilir. Həm zəkası, həm də elmə olan marağı ilə digər şagirdlərdən fərqlənir.

Bir gün məktəbdə şagirdlər dəcəllik etmiş və sinfi bir-birinə qatmışdılar. Müəllim sinfə girir və gördüyü mənzərə qarşısında hiddətlənərək:

– Sinifi bu hala salanlar tez lövhənin önünə gəlsin, -deyir.

Lövhəyə çıxanlar arasında Fəthullah Gülən Xoca Əfəndi də var idi. Bu günə qədər heç bir dəcəlliyinə şahid olmadığı bu şagirdini lövhənin önünə çıxanlar arasında görən müəllim heyrətlənir və:

– Sən də mi Fəthullah? deyərək təəcübünü bildirir. Sonra isə qulağına əyilərək:

– Bir də olmasın, -deyir və yerinə oturdur.

Fəthullah Gülən Xoca Əfəndi aldığı cəzaya görə yox, çox sevdiyi Bəlma müəlliməsini incitdiyi üçün çox peşman olur. Bu hadisədən sonra o, sinifin nizamını pozacaq heç bir hərəkətə yol vermir. Çalışqanlığı ilə də təqdirini qazandığı müəlliməsi onun parlaq gələcəyinə böyük ümidlər bəsləyirdi. O qədər ümidli idi ki, bir gün sinifdə şagirdlərin qarşısında:

Gələcəkdə bir zabit Qalata körpüsünün üzərində addımlayacaq. Mən onu indidən görürəm, -deyərək şagirdinin bu çalışqanlığı və əxlaqı ilə gələcəkdə çox müvəffəqiyyətli olacağını vurğulamışdı.

Müəllimlərin arasında Belma müəllimədən fərqli olaraq şagirdlərinə sevgi ilə yanaşmayanlar da vardı.belə ki, bir başqa müəllimi onun bu yaşda namaz qıldığını eşidəndə:

– Bundan sonra namaz qılmayacaqsan, hələ çox kiçiksən. Böyüyəndə qılarsan,- deyərək onu namazdan uzaqlaşdırmağa çalışır.

Hələ dörd yaşından etibarən namazlarını heç tərk etməyən Fəthullah üçün bu xəbərdarlığa uymaq qeyri-mümkün idi. Odur ki, namazlarını qılmağa davam edir. Hətta məktəbdə olduğu vaxtlara düşən namazlarını partanın üstünə sərdiyi paltosunun üzərində qılardı.

Xoca Əfəndi dördüncü sinifdə oxuyanda atasının təyinatı Alvar kəndinə verilir.Ramiz Əfəndi Alvar kəndində imam olaraq vəzifəyə başlayır.Ailə üzvlərinin bəziləri Alvar kəndinə köçürlər. Bu səbəbdən Xoca Əfəndi məktəbi yarımçıq qoymaq məcburiyyətində qalır, amma elm öyrənməkdən geri qalmır.

O bir yandan atasından dərs alır, bir yandan da Alvarlı Efe Həzrətlərinin söhbət məclislərinə gedir. Bu söhbətlər ona çox təsir edir.

Bu böyük alim qısa zamanda Xoca Əfəndidəki cövhəri sezmiş, ona xüsusi maraq göstərməyə başlamışdı. Ona:

– O, mənim tələbəmdir, -deyə iltifat edər və başını oxşayardı.

Xoca Əfəndi bir tərəfdən elm öyrənir, digər tərəfdən də anasına ev işlərində köməklik edirdi. Belə ki, anası üçün paltar və qab-qacaq yuyardı. Bütün bunlarla yanaşı ibadətlərinə də xüsusi diqqətlə yanaşırdı.

12 yaşında idi. Bir gün evə gec gəlmişdi. Anası harada olduğunu və onun üçün narahat olduğunu deyəndə:

– Ana, məsciddə idim. Yetmiş rükət namaz qıldım, -deyir.

Anası:

– Oğlum, nə namazı qıldın -deyə təkrar soruşunca:

– Qəza namazı qıldım, -deyə cavab verir.

Xüsusilə, mübarək gecələrdə gənc Xoca Əfəndinin evə gəlişı gec saatlara qədər çəkirdi. Buna görə bəzən anası:

– Oğlum, atan imam olduğu halda çoxdan gəlib yatıb, sən niyə gec gəlmisən, deyəndə, o, hər zaman “namaz qılırdım” deyə cavab verirdi.

Namaz onun hələ uşaq ikən tanış olduğu və bir daha əsla tərk etmədiyi və hər fürsətdə həyatını onunla bəzədiyi sevdaya çevrilmişdi.

Elmə qarşı olan sonsuz sevgisinə heç bir əngəl mane ola bilmirdi. Belə ki, təcvid (Quran oxuma qaydalarından bəhs edən elm) dərsi almaq üçün hər gün Pasinlər ilə Alvar kəndləri arasındaki 7-8 km-lik yolu piyada gedib gələrdi. Beləcə, hər gün 4-5 saat yol getməyinə baxmayaraq, elm öyrənməkdən geri qalmırdı.

Xoca Əfəndinin ilk vaizliyi də bu illərə təsadüf edir. Bu ilk vəz ondakı böyük xitabət gücünü ortaya çıxaran mühüm bir örnək idi. Hələ 14 yaşında idi. Bir Ramazan axşamı iftar yeməyindən sonra atası Ramiz Əfəndi Alvar kənd məscidində vəz etməli idi. Xoca Əfəndi də məscidə erkən gələnlərin arasında idi. Camaat təzəcə toplanmışdı. Alvar kəndinin tanınmış şəxsiyyətlərindən olan və yüksək mənəviyyatı ilə ətrafındakılara hörmət hissi təlqin edən Kazım Əfəndi məscidə daxil olub Xoca Əfəndini görür. Göz-gözə gəlirlər. Kazım Əfəndi yerindən qalxır və Ramiz Əfəndinin sarığını və cübbəsini alaraq camaatın çaşqın baxışları altında ona geyindirir. Xoca Əfəndi də təəccüblənir. Çünki yaşı bu qədər insanın qarşısında vəz etmək üçün çox kiçik idi. Heç boyu da kürsüyə çatmırdı. Onu kürsüyə çıxarırlar. Lakin vəz etməyə başlayanda, Kazım Əfəndinin 14 yaşındakı bir uşağı kürsüyə çıxarmağına bir məna verə bilməyən camaat çaşqınlıq içində onu dinləməyə başlayır. Həm bəhs edilənlər, həm də bəhs edən çox mükəmməl idi. On dörd yaşlı bir uşağın vəzi insanların qəlbini riqqətə gətirmiş, hətta bəziləri kürsüdən yüksələn səsin təsiri ilə göz yaşlarına qərq olmuşdu.

Alvar kəndində olduğu müddətdə elmini müəyyən dərəcəyə qədər artıran Xoca Əfəndi eyni zamanda hafizliyini də tamamlayır. Atası oğlunun təhsilini hansı istiqamətdə davam etdirəcəyi mövzusunda qərarsız idi. Mövzunu Efe Həzrətlərinə açanda o :

– Bu uşağı mütləq oxudaq, -deyərək onu Ərzuruma göndərməyi məsləhət görür. Bundan sonra Fəthullah Gülən Xoca Əfəndinin Ərzurum günləri başlayır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message