| 01.01.1997 |
“Kanal D”də Tuncay Özkanın Susurluq siyahısı ilə
əlaqəli suallarını cavablandırdı
Fəthullah Gülən Susurluq qəzası
ilə əlaqəli MTN tərəfindən hazırlandığı iddiasıyla ortaya atılan siyahıya
adının qarışdırılmasına cavab olaraq görüşlərindən “Kanal D” Xəbər müdiri
Tuncay Özkana bəhs etdi. Adının qarışdırılmasının Türkiyə adına verilən
xidmətləri baltalamaq istəyən şər güclərin işi olduğunu bildirən Gülen,
əvvəllər də ortaya atılan və əsassız iftiraları nümunə olaraq göstərdi.
|
| 17.01.1997 |
Mahmud Bayram xoca əfəndinin cənazə namazını qıldırdı
Ölkəmizin görkəmli elm xadimlərindən Mahmud Bayram xoca əfəndi Fatih Məscidində
cümə namazından sonra qılınan cənazə namazının ardınca Ədirnəqapı Qəbrstanlığına
dəfn edildi. Mahmud Bayram xoca əfəndinin cənazə namazını Fəthullah Gülən
qıldırdı.
|
| 27.01.1997 |
“Qazetəçilər və Yazarlar Vəqfi”nin iftar yeməyinə
qatıldı
Fəxri sədrliyini Fəthullah Gülənin etdiyyi “Qazetəçilər
və Yazarlar Vəqfi”nin “Hilton” sərgi salonunda verdiyi iftar, siyasətdən
sənətə, iş dünyasından dini icma liderlərinə qədər bir çox görkəmli şəxsiyyəti
bir yerə topladı.
|
| 30.01.1997 |
Ərzurumda vəfat edən əmisi Nurəddin Gülənin cənazə
namazını qıldırdı
Fəthullah Gülənin əmisi Nurəddin Gülən (88)
Ərzurumda vəfat etdi. Ebu İshak məscidində qılınan cənazə namazından sonra,
Nurəddin Gülənin cəsədi doğum yeri olan Korucuk kəndinə aparılaraq dəfn
edildi. Fəthullah Gülənin qıldırdığı cənazə namazında çox sayda insan iştirak
etdi.
|
| 23.02.1997 |
“Sənət və İşçi Vəqfləri”ndən mükafat aldı
“Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV)” tərəfindən Türk dünyasına
xidmət verən şəxs və qurumlara verilən “Türk Dünyasına Hizmət Ödülləri”nin
sahibləri müəyyən edildi. Fəthullah Gülən, Orta Asiya-Türk dövlətlərində
açılan məktəblər və Türkiyəni dünyaya açmaq üçün göstərdiyi səyinə görə
mükafata layiq görüldü.
|
| 04.03.1997 |
Amerikan xəstəxanasında müayinə olundu
Fəthullah Gülən Amerikan xəstəxanasında müayinədən keçdi. Xoca əfəndiyə
efortalium testinin tətbiq edildiyi müayinə 2 saat davam etdi. Xoca əfəndinin
müayinəsilə maraqlanan kardiologiya mütəxxəsisi Dr. Füsun Dəyirmançıoğlu
Xoca əfəndinin sağlamlığının yaxşı olduğunu, ancaq istirahət etməli olduğunu
bildirdi. Xoca əfəndi isə müayinədən sonra yaxşı olduğunu; amma son sözü
həkimlərin deyəcəyini ifadə etdi.
|
| 14.03.1997 |
Hacı Kamal Əriməzin cənazə namazını qıldırdı
Hacı Kamal Əriməzin Fatih məscidindəki cənazə namazını uzun illər dostu
olan Fəthullah Gülən böyük kədər içində qıldırdı.
|
| 29.03.1997 |
STV də “Xəbər Kritik” verilişində iştirak etdi
Fəthullah Gülən, Samanyolu Televiziyasında “Xəbər Kritik” verilişinə dəvət
edildi. Canlı yayımlanan verilişdə Dr. Osman Özsoy və Prof. Dr. Mim Kamal
Ökənin suallarını cavablandırdı.
|
| 08.04.1997 |
Alparslan Türkəşin cənazə namazına qatıldı
Alparslan Türkəşin cənazə namazını Qocatəpə məscidində günorta namazından
sonra Diyanət İsləri rəisi Mehmet Nuri Yılmaz qıldırdı.
|
| 16.04.1997 |
“Kanal D”də Yalçın Doğanın suallarını cavablandırdı
Fəthullah Gülən “Kanal D”də yayımlanan “Yalçın Doğan ilə Güncəl” verilişinin
qonağı oldu. Verilişdə “Türkiyədə meydana gələn siyasi gərginlik”
mövzusu ətrafında söhbət edildi.
|
| 03.05.1997 |
“Kanal D”də Yalçın Doğana verdiyi müsahibəyə yönəldilən
iddialarla əlaqəli mediaya açıqlama verdi
Fəthullah Gülən “Kanal
D” də yayımlanan açıqlamalarının səhv qiymətləndirildiyinə görə vəkilləri
vasitəsilə mediaya aydınlıq gətirdi.
|
| 06.05.1997 |
Mert Kaptanoğlu üçün başsağlığı göndərdi |
| 27.05.1997 |
Hərbi Şuranın qərarı ilə ona istinad edilən mövzularda
mediaya açıqlama verdi
Bəzi mətbuat və televiziya orqanlarında,
Ali Hərbi Şura qərarı ilə ordudan uzaqlaşdırılacaq kadrların böyük
hissəsinin “Fəthullah Gülənə yaxınlığı ilə tanınan şəxslər” dən ibarət olduğu
iddialarına media vasitəsilə aydınlıq gətirdi.
|
| 30.05.1997 |
Türkiyədəki siyasi inkişaf haqqında “Time” jurnalının
suallarına cavab verdi
Türkiyədə yaşanan siyasi və sosial hadisələr
haqqında “Time” jurnalının suallarını cavablandırdı.
|
| 11.06.1997 |
Xəstəliyinə görə ABŞ-a getdi
Uzun müddət
narahat edən ürək xəstəliyinə görə ABŞ-a getdi. Ohayo əyalətində anjiyo
elətdirdi.
|
| 27.06.1997 |
ABŞ-da ürəyini xüsusi müayinədən keçirtdi
ABŞ-da müalicə alan Fəthullah Gülən Xoca əfəndi, müvəffəqiyyətlə ürəyinə
xüsusi müayinə elətdirdi. Ohayo əyalətindəki Klivlend Clinic Foundation
xəstəxanası kardiolagiya mütəxəssislərindən Dr. Murad Tuzcunun rəhbərliyi
altında bir heyəti tərəfindən keçən cümə günü Xoca əfəndinin ürəyində müvəffəqiyyətli
ürək müayinəsi edildiyi məlum oldu.
|
| 16.07.1997 |
ABŞ-dan STV “Xəbər Kritik” verilişinin suallarını
cavablandırdı
1997-ci ilin 11 iyun günü xəstəlik səbəbilə ABŞ-a
gedən Fəthullah Gülən, 16 iyul 1997-ci il tarixində STV-də yayımlanan “Xəbər
Kritik” verilişində Kamal Gülənin suallarını cavablandırdı.
|
| 20.07.1997 |
Nevval Sevindiyə Nyu Yorkda verdiyi müsahibə yayımlanmağa
maşladı
Fəthullah Gülən xəstəliyinə görə 11 iyun 1997-ci il tarixində
ABŞ-a getmişdi. Orada olduğu müddətdə Türkiyədə baş verən siyasi gərginlik
sonrası hökümət dəyişdi və yeni bir dövrə ayaq basıldı. Nevval Sevindi ABŞ-da
Fəthullah Güləndən ilk dəfə müsahibə alan jurnalist olaraq tarixə keçdi.
20 iyun 1997-ci il tarixində “Yeni yüz il” qəzetində dərc olunmağa başlanan
müsahibə 10 bölmə şəklində 29 iyun1997 tarixinə qədər davam etdi. Bu müsahibə
daha sonraları 30 sentyabr 1997-ci ildə kitab şəklində və “Sabah Kitabları”
arasında nəşr olundu.
|
| 10.08.1997 |
Rus yazıçılarından Fəthullah Gülənə dəvət gəldi
Rusiya Yazıçılar Birliyi Amerika Birləşmiş Ştatlarında müalicə alan Fəthullah
Gülən xoca əfəndini Rusiyaya dəvət etdi. Birlik rəisi Timur Poladov “Güleni
Rusiyaya dəvət etmənin faydalı olacağına inanıram. Halhazırda istər Rusiya,
istər Türkiyədə mövcud olan müasir problemləri dərk edirik”,-dedi.
|
| 11.08.1997 |
“Milliyyət”dən Hakan Yavuzun siyasət və islamiyyətlə
əlaqəli suallarını cavabladı
ABŞ-ın Wisconsin Üniversitetində
islami və sosial elmlər fakultəsində doktoranturadan sonra elmi araşdırmalarla
məşğul olab Yavuz ABŞ-da müalicə alan Fəthullah Gülən ilə söhbət etdi.
|
| 31.08.1997 |
“Milliyyət”dən Yasemin Çonqarın siyasi inkişaf
haqqında suallarını cavabladı
Yasemin Çonqarın 28 fevraldan sonra
Türkiyədə meydana gələn siyasi krizis, Atatürk, dünyəvilik, Cumhuriyyət
və şəriətlə əlaqəli suallarına cavab verdi.
|
| 01.09.1997 |
Türkiyədə meydana gələn 28 Fevral periodu, siyasi
və sosial krizisi qiymətləndirdi
Xəstəlik səbəbinə görə Amerikada
olan Fəthullah Gülən, Türkiyədə meydana gələn, 28 fevral periodu, hökümət
dəyişimi, 8 illik təhsil və “İmam Hatip”lər və buna bənzər bir çox siyasi
və sosial hadisələri ABŞ-dakı türk jurnalistlərinə qiymətləndirdi.
|
| 03.09.1997 |
Cənub-Şərq məsələsi ilə əlaqəli sualları cavabladı
Şərq və Cənub-Şərqdəki problemlərlə əlaqəli Fəthullah Gülən ərazi sülhünə
diqqəti çəkdi və “Yavuz Səlim oradakı tayfa başçılarıyla müqavilə bağlayıb
bir neçə əsrlik bir sülh andı hazırladıqdan sonra dörd əsr heç bir problem
olmamış.”.-dedi.
|
| 04.09.1997 |
“Zaman”dan Ali Aslanın Qərb və milliyətçilik haqqındakı
suallarını cavabladı
Fəthullah Gülənin Amerikadakı müsahibəsinin
bir hissəsi Mustafa Kamal Atatürk və Qərbləşmə haqqında oldu.
|
| 10.09.1997 |
ADL rəisi Abraham Foxman ilə görüş keçirdi
Fəthullah Gülən 11 iyun 1997-ci ildə ABŞa gedəndə nüfuzlu bir Musəvi təşkilatı
olan ADL (Anti Defamation League) rəisi Abraham Foxman ilə Nyu Cersidə yaşadığı
evdə görüşdü. Bu görüşdən sonra ADL rəisi Foxman, Kardinal John O'Conner
ilə Fəthullah Gülən xoca əfəndini görüşdürmək üçün Kardinal O'Konnerdən
görüş vaxtı təyin etdi. 19 sentyabr 1997-ci ildə cümə günü Fəthullah Gülən
xoca əfəndi kardinal Con O'Konner ilə görüşdü.
|
| 19.09.1997 |
ABŞ-da Kardinal O'Konnor İlə Görüşdü
Fəthullah Gülən Nyu Yorkda katoliklərin nüfuzlu liderlərindən Kardinal Con
O'Konnerla görüşdü. Papa 2. Con Paulun sağ qolu olaraq tanınan və istər
Amerika rəhbərliyi, istərsə Birləşmiş Ştatlarda böyük nüfuza sahib olan
Kardinal O'Konnor ilə Fəthullah Gülən arasında həyata keçən görüş səmimi
bir söhbət əhval-ruhiyyəsində oldu.
|
| 30.09.1997 |
Müalicə üçün getdiyi ABŞ-dan Türkiyəyə geri qayıtdı
Bir müddət müalicə üçün Amerika Birləşmiş Ştatlarında olan Fəthullah Gülən
30 sentyabr çərşənbə axşamı günü saat 10.00 da Türkiyəyə gəldi.
ABŞ-da xəstəliyi ilə əlaqəli olaraq iyun ayında Ohayo Ştatında ürəyini
müayinə etdirdi. Amerikada olduğu vaxt ərzində katolik dünyasının nüfuzlu
şəxsiyyətlərindən Kardinal O'Konnor da daxil olmaqla yanaşı bəzi din xadimləri
ilə münasibət qurdu.
|
| 21.11.1997 |
“Türk Eyitim Sen”dən təhsil mükafatını aldı
”Türk Eyitim Sen” Fəthullah Gülənə 24 noyabrda Təhsil özəl mükafatını verdi.
Georges Marovitch və heyəti Güləni ziyarət etdi
Vatikanın İstanbul təmsilçisi monsenyör Georges Marovitch qədim Süryani
Katolik İcma Metropoliti Yusif Çətin, Süryani katolik patrik vəkili Yusif
Sağ və qədim Süryani icma pisxoposu Samuel Ağdəmir Fəthullah Güləni ziyarət
etdi.
|
| 23.11.1997 |
Bayram Yüksəlin cənazə namazını qıldırdı
Həyatı boyu Bədiüzzaman Səid Nursiyə xidmət edən Bayram Yüksel ilə Ali Uçar
və Mehmet Emin Çiçəyin cənazə namazları Fatih məscidində qılındı. Bayram
Yükselin namazını Fəthullah Gülən qıldırdı.
|
| 12.12.1997 |
Ali Hərbi Şura qərarları ilə əlaqəli ona istinad
edilən mövzular haqqında mediaya açıqlama verdi
“Ali Hərbi Şura
toplantısından əvvəl və sonra bəzi qəzetlərdə dərc olunan xəbərlərdə, Ali
Hərbi Şuranın 1997-ci ilin ikinci fövqaladə toplantısında, qayda-qanunsuzluq
səbəbilə Türk Silahlı Qüvvətlərindən tərxis edilən 59 zabit və kursantın
bəzilərinin möhtərəm Fəthullah Gülənə yaxın olduğu iddia edilmişdi."
|
| 25.12.1997 |
“Qazetəçilər və Yazarlar Vəqfi”nin tərtib etdiyi
beynəlxalq kompromis gecəsinə qatıldı
Fəthullah Gülən “Qazetəçilər
və Yazarlar Vəqfi”nin 25 dekabr 1997-ci il tarixində tərtib etdiyi Beynəlxalq
kompromis mükafatları gecəsinə qatıldı.
|