Orta təbəqəni Gülən Fəaliyyəti zənginləşdirdi

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Orta təbəqəni Gülən Fəaliyyəti zənginləşdirdi

A BŞ-ın Hyuston Universitetindən din sosiologiyası üzrə professor Helen Rouz Ebauf (Helen Rose Ebaugh) 11 Sentyabr hadisəsindən sonra “Vaşinqton Post (Washington Post)” qəzetində Fəthullah Gülənin terroru qınayan çıxışı ilə qarşılaşır. Bu yazı onun diqqətini çəkir və Fəaliyyəti sosioloji yöndən araşdırmağa başlayır.

Əvvəllər rahibə olan Ebauf Türkiyə və ABŞ-da camaatın tərəfdar və əleyhdarları ilə keçirdiyi görüşlərdən sonra “Gülən Fəaliyyəti” adlı elmi işə imza atdı. Gülən camaatına tənqidi aspektdən deyil, daha çox sosioloji analiz yönündən yanaşan kitab ABŞ-da “Springer”, Türkiyədə isə “Doğan Kitab” nəşriyyatında çapdan çıxdı. Kitabın “Güləndən ilham alan müəssisələr” adlı fəslində “Gazeteciler ve Yazarlar Vakfı (Jurnalistlər və Yazarlar Vəqfi)” ətraflı təhlil olunur. Və elə bu vəqfin dəvəti ilə Türkiyəyə gələn professor Helen Rouz Ebaufla yazdığı kitab və Fəaliyyət haqda müsahibəmiz oldu…

Din üzrə sosioloq olan professor Helen Rouz Ebauf 11 Sentyabr hadisəsindən sonra diqqətini cəlb edən Gülən Fəaliyyətini araşdırdı və qeyri-tənqidi elmi əsər ərsəyə gətirdi. “Gülen Hareketi” adlı kitabı Türkiyədə də nəşr olunduqdan sonra İstanbula qonaq gələn prof. Ebaufla görüşdük

Professor Helen Rouz Ebaufla görüşümüz Sultan Ahmetdə qaldığı Golden Horn Otelində baş tutdu. “Fəaliyyətin siyasi nəticələrini və iqtisadi faydalarını əsla danmaq olmaz” deyən tədqiqatçı “Əksər dini fəaliyyətlər daha çox dini doktrinaya üstünlük verirlər. Mən əslində bunu daha gözəl bir cəmiyyət qurmağa çalışan bir “yurddaşlıq fəaliyyəti” kimi görürəm,” – deyir.

– Siz hansı dinə mənsubsunuz?

– Əvvəllər rahibəlik edən bir Katolikəm. Bu dini məsələləri anlamağımı asanlaşdırdı.

– Hər hansı bir camaatın üzvüsünüz?

– Xeyr. Lakin Hyustonda bir dinlərarası heyət var. Onunla sıx əlaqələrim var.

– ABŞ-da belə bir kitab çıxarmağınızın əsas səbəbi nədir?

– Dünya dinlərinin sosiologiyası dərsini tədris edirdim. Nyu Yorkda 11 Sentyabr hadisəsi baş verdi və İslamafobiya tüğyan etməyə başladı. Bir gün Vaşinqton Postda Fəthullah Gülən imzalı qınama məzmununda bir yazıya rast gəldim. Dünyaya çox sürətlə yayıldığına görə, bu Fəaliyyəti araşdırdım. Elmi sahəmin bir qolu da qlobal dini fəaliyyətlərdir. Brüssel, Azərbaycan, Paris kimi bir çox yerdə Fəaliyyəti müşahidə etdim. Mən bu kitabda mövzuya tənqidi cəhətdən deyil, sosioloji analiz aspektindən yanaşdım.

– Kitabda camaatın maliyyə qaynaqlarına geniş yer vermisiniz. ABŞ-da belə böyük maliyyə qaynaqları olan dini təşkilatlar varmı?

– Burada dini təməli necə təqdim etməkdən asılıdır. Məsələn, Katolik Kilsəsi, Katolik Yardım qurumları çox zəngindir.

– Yaxşı bəs bir camaat kimi baxsaq?

– Xeyr, bildiyim qədər bir Fəaliyyət olaraq yox. ABŞ-da insanlar daha çox kilsələr ətrafında birləşir.

– Gülənlə görüşmüsünüz?

– Möhtərəm Gülənlə görüşməmişəm, belə bir niyyətim də yoxdur.

– Niyə?

– Çünki sosioloqam və demək istədiyimi söyləyirəm. Nəyi sənəd sayıramsa, oxuyuram. Kitabın ABŞ-da “Springer”, Türkiyədə isə “Doğan Kitab”da nəşr olunması da bunun kimi… Kitabımı Fəaliyyət nəşr edə bilərdi. Amma bunu da istəmədim. Mən elmə çox inanan insanam. Bir elm adamı olaraq özümü tamamilə obyektiv görüşlər keçirib gördüyümü əks etdirməyə həsr etmişəm.

– Əgər sizinlə görüşmək istəsə, dəvət etsə, bəs onda necə?

– Qəbul etməzdim. Türkiyədə cəmi 102 müsahibə aldım. Gülənlə əlaqəli müəssisələrin idarəçiləri ilə görüşdüm, xəstəxanaları, məktəbləri gəzdim. Başdan bəri hamı mənim gördüyünü demək niyyətində olan bir elm adamı olduğumu bilirdilər.

– Kitabınızda 80-ci illərdə Türkiyədə ortaya çıxan təşəbbüskar təbəqənin ən böyük motivasiya qaynağının Fəthullah Gülənin fikirləri olduğunu deyirsiniz. Daha sonra da bu qrupun camaata yardım etdiyini açıqlayırsınız. İstəməklə zəngin olmaq yalnız motivasiya ilə izah olunan bir məsələ deyil…

– Məncə bu, hər ikisinin birləşməsidir. Bir hissəsi motivasiya. Bu mənə “Maks Vebers Protestant (Max Weber’s Protestant) Etik Anlayışı”nı xatırladır. Məncə, iqtisadi inkişafı dini cəhətdən müsbət görmək Gülən Fəaliyyətinin özünəməxsus cəhətidir. Əlbəttə, bunda əlaqələr, münaisbətlər şəbəkəsinin də əhəmiyyəti danılmazdır. Bu Fəaliyyətin mərkəzində çox güclü əlqələr şəbəkəsi var. Bunun iqtisadi faydalarını inkar etmək olmaz.

– Bu camaata mənsub olmayanların təcridinə gətirib çıxarmırmı?

– Görəsən, bu, həqiqətən, mənfi haldır? Məncə, bu, qeyri-müəyyəndir (isbata ehtiyacı var). Gülənin dəstəklədiyi təhsil ocaqlarında məktəb xərclərini ödəyə bilməyən şagirdlərin təqaüdlə oxuduğuna şahid oldum. Bu mənada Fəaliyyəti Fəaliyyətdən olmayan insanlara qarşı olduqca açıq, əhatəli olduğunu gördüm. Məsələn, ABŞ-dakı vətəndaş hüquqları hərəkatında da, əlbəttə, ona simpatiyası olanlar digər insanlardan daha çox faydalandı. Bu hər bir hərəkat üçün keçərlidir, mən bunu təkcə Gülən Fəaliyyətinə xas xüsusiyyət hesab etmirəm. Eynilə siyasi partiyalar kimi…

– Kitabınızda Fəaliyyətin siyasətdən tamamilə uzaq fəaliyyət olduğunu deyirisiniz, amma…

– ” Siyasətdən uzaq bir Fəaliyyət” deyəndə Gülənin tərəfdarlarına “siyasətdə mərkəzi rol oynamayın” deməsinə işarə edirəm. Yoxsa, əlaqələri bütövlükdə götürsək və insanlara təsir etmə yönündən baxsaq, hər sivil fəaliyyət dolaylı olaraq siyasidir.

– “Gülən dinin dövlət tərəfindən idaə olunmamasını istəyir” deyirsiniz kitabınızda. Əgər dövlətin heç bir nəzarəti olmasa, xaosun qarşısı necə alınacaq?

– Mən inanmıram ki, dövlət və din arasında əlaqələr tamamilə qopsun. ABŞ-da da dövlət dini idarə etmir yoxdur, amma dini tənzimləyən möhkəm qanunlar var, buna şübhə yoxdur. Çünki dövlətin məqsədi sülh yolu ilə tənzim edilmiş cəmiyyət qurmaqdır. Dövlət anarxiyanın baş qaldırmasına, insanların hər istədiyini etməsinə icazə verə bilməz. Hal-hazırda ABŞ-da dini qurumların vergi ödəyib-ödəməməsi məsələsi müzakirə olunur. Dini qurumların siyasi namizədləri açıq şəkildə dəstəkləməsi qadağandır, bu sahədə çoxlu problem var.

– Sizcə, Türkiyədəki vəziyyət necədir?

– Bildiyim qədər, məscidlər Türkiyə dövlətinə məxsusdur, imamların maaşlarını dövlət ödəyir. Bu, məsələn, ABŞ-dan daha möhkəm dövlət idarəsini (nəzarətini) göstərir.

– Gülənin Osmanlı mirası və iqtisadiyyatdan qidalanan “Yeni İslamın təməl hərəkətverici gücü” olduğunu deyirsiniz. “Yeni İslam”la nəyi nəzərdə tutursunuz?

– Gülən İslamın möhtəşəm bir mədəniyyət ənənəsinə malik olduğunu deyir. İslamın müasirliklə təzad təşkil etmədiyini və müasirlik, azadlıq və demokratiyaya liderlik edə biləcəyini söyləyir. “İslamın müasir dünya ilə inteqrasiyasiya baxımından məhdudlaşdırıcı faktor olmasına ehtiyac yoxdur” deyir.

– Gülən Fəaliyyəti ilə Türkiyədə yeni bir təbəqə təşəkkül tapır?

Belə düşünmürəm, çünki Fəaliyyət daxilində çox zəngindən çox kasıba qədər böyük bir kütlə var. Bunu bir təbəqə fenomeni kimi görmürəm.

– Niyə Gülən Fəaliyyətini ictimai fəaliyyət kimi xarakterizə edirsiniz?

– Əgər tamamilə dini bir təşkilatlanma olsaydı, təhsilə, səhiyyə xidmtələrinə, humanitar yardım kampaniyalarına bu qədər əhəmiyyət verməzdi. Dini fəaliyyətlərin əksəriyyəti daha çox dini doktrinaya üstünlük verir. Mən əslində bunu daha gözəl bir cəmiyyət qurmağa çalışan “yurddaşlıq fəaliyyəti” kimi görürəm. Dövlətin içində var olmağa məcbur olan bir Fəaliyyət. Görüşdüyüm insanların əksəriyyəti dövlətə böyük hörmət bəsləyir. Mən bunu anarxist bir Fəaliyyət kimi görmürəm. Bu Fəaliyyətin axırında çevriliş edib dövləti dəyişdirmək kimi bir məsələ yoxdur.

Gülən Fəaliyyəti– Gülənin siyasətdən uzaq insan olduğunu və tərəfdarlarına da “siyasətdən uzaq qalın” dediyini söyləyirsiniz. Lakin kitabınızda da yer verdiyiniz kimi, Gülənlə əlaqəsi olan müəssisələrin bəzisi siyasi mövqeyə və Türkiyə siyasətində böyük təsirə malik qurumlardır. Bunu necə dəyərləndirirsiniz?

– Keçirdiyim görüşlərdən belə bir nəticəyə gəldim ki, Gülən Fəaliyyəti ilə siyasətçilər arasında müştərək qərar vermə və plan tərtib etmə yoxdur. Yəqin, bu, daha çox eyni mövqedən çıxış etməklə bağlıdır. Məsələn, Gülən referendumla bağlı bir açıqlama verdi. Bu açıqlama Fəaliyyətin ümumi prinsipləri baxımından məni çox təəccübləndirdi. Çünki ümumi yanaşma tərzindən fərqli bir çıxış idi.

– Gülən iyunda “Voll Strit Jurnal (Wall Street Journal)”a verdiyi müsahibədə də Mavi Mərmərənin İsraildən icazə almadan Qəzzəyə yardım aparmasını tənqid etdi. Bunu necə dəyərləndirirsiniz?

– Bu mövzuda çox şey deyə bilmirəm, çünki hadisə kitabımdan sonra oldu. Mənə elə gəlir ki, Gülən insan haqları aspektindən belə bir çıxış etdi. Digər tərəfdən, bu kimi açıqlamaların, məqsədi nə olur-olsun, siyasi təsiri qaçılmazdır. Bu mövzuda şübhə yoxdur. “Gülən Fəaliyyətinin siyasi nəticələri yoxdur” demək qeyri-mümkündür. Mən bu Fəaliyyətin şüurlu, planlı bir siyasi məqsəd daşıdığını düşünmürəm.

– Sizcə, “istisna” dediyiniz iki açıqlaması ilə Gülən siyasətdən tamamilə uzaq olma prinsipini dəyişdirdimi?

– Zənn etmirəm, burada sadəcə iki hadisə var. Amma Fəaliyyətin 40-50 illik tarixinə baxanda mən belə böyük bir dəyişiklik görmürəm.

Cəmiyyətdə dinlərini rahat yaşamaq istəyirlər

Müsahibələrdən sonra belə bir qənaətə gəldim ki, Gülən və Fəaliyyətə dəstək olanlar cəmiyyətdə dinlərini daha rahat yaşamaq istəyirlər. İran tipli bir dini dövləti istəmirlər. Eyni zamanda heç bir iyerarxiyaya malik olmayan belə bir qurum haqqında ümumi şeylər söyləmək də çox çətindir. Türkiyədə apardığım bəzi müsahibələrdə Fəaliyyəti “din dövləti istəyirlər” deyə tənqid edənlər oldu. Ancaq mən belə bir təşkilatlanmaya rast gəlmədim. (Şenay Yıldız)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message