Həqiqətlər üslub xətasına qurban verilməməlidir

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Həqiqətlər üslub xətasına qurban verilməməlidir

Allahın elçiləri, əvvəla, Allaha qəlbən inanıb Onun əmrlərinə itaət edən insanların hansı dünyəvi və üxrəvi mükafatlar qazanacağını bildirmişlər.

İmanın bu dünyada səadətə vəsilə olduğunu bildirdikləri kimi, möminlərin axirətdə də cənnət nemətlərinə qovuşacağını müjdələmişlər. İnsanları Allah yoluna çağırarkən məsələləri çətin göstərməməyə, onları ürkütməməyə və onlarda nifrət hislərinin oyanmasına səbəb olmamağa maksimum diqqət göstərmiş, hər kəsi hikmətlə, gözəl və ağlabatan öyüdlərlə Allahın dininə dəvət etmişlər.

İkincisi, hikmətlə təbliğin bir tələbi olaraq bəzən əyri yolun əncamından söz açmış və insanları pisliklərdən çəkindirmişlər. Bir çobanın lazım gələndə qoyunlarına daş atıb onları təhlükəli yerdən uzaqlaşdırdığı kimi, peyğəmbərlər də müxtəlif xəbərdarlıqlarla ümmətlərini qəflətdən qurtarmağa və təhlükələrdən qorumağa çalışmışlar. Buna binaən onlar məcbur etməkdən, göz dağı verməkdən və qorxutmaqdan uzaqdırlar, yalnız əzabı xəbər verir və ondan çəkindirirlər.

Əslində, Qurani-Kərimin üslubuna baxsaq, tərğiblə (rəğbəti artırma, həvəsləndirmə) tərhibin (çəkindirmə, qorxutma) həmişə bir-birini izlədiyini görərik. Uzun surələrdə maktaların (müəyyən məsələdən bəhs edən daha qısa bölümlərin) birində imrəndirmə və təşviq məzmunlu mövzudan bəhs edilirsə, əksər hallarda o birində xəbərdarlıq, tədbir görmə və pis aqibətdən çəkindirmə mənalarını da ehtiva edən mövzudan danışılır. Hətta ard-arda gələn qısa surələr arasında da eyni əlaqə mövcuddur; əvvəlki surədə həvəsləndirmə varsa, sonrakında çəkindirmə var.

Bu baxımdan, müjdələməklə yanaşı, çəkindirmədən də istifadə etmək irşad və təbliğ yolunun tələbidir. İnsanları daima xeyir yolunda yürüməyə, imanın ləzzətini ömür boyu hiss etdirən atmosferdə yaşamağa və üfüqdə hər zaman tüllənən cənnətə şahidliyə imrəndirmək, həmçinin, axırı fəlakət olan yollarda yürüməkdən çəkindirmək, onları o yolun giriş qapıları sayılan günahlara qarşı diksindirmək və əgər o boğucu havadan uzaq durmasalar, əbədi ziyana düçar olacaqlarını xatırlatmaq lazımdır.

Ancaq insanların fitrəti fərqli-fərqlidir, bəzi insanları imrəndirilməklə hərəkətə gətirmək olar, bəzilərini də – içində aqibət əndişəsi olanları – çəkindirmə metodu ilə xeyirxah əməllərə yönəltmək mümkündür. Dolayısilə, mürşid və mübəlliğ həmsöhbətin xarakter və məzacını nəzərə almalı, kimə, harada, nə səviyyədə müjdə vermək, nə qədər xəbərdarlıq etmək lazım olduğunu yaxşı müyyən etməlidir. Şübhəsiz ki, təmiz niyyət, ixlas, səmimiyyət və adanmışlıq ruhu kimi dinamiklərin hər biri öz-özlüyündə çox mühümdür, amma təbliğ və irşadda üslubun da müstəsna yeri və əhəmiyyəti var. Əgər peyğəmbərlik davasının varisləri bu incəliyi qavraya bilməsələr, irşadda ağlagəlməz xətalara yol verərlər.

Rəhbəri-Əkməl Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sözlərinin əksəriyyəti obyektivdir; ümumi xalq nəzərə alınaraq dilə gətirilmişdir. Lakin müxatəbin xüsusi vəziyyətindən asılı olaraq Söz Sultanının fərqli bəyan və üslubu ilə də qarşılaşmaq mümkündür. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) bəzi insanlara xitab edərkən həm fərqli arqumentlərdən istifadə etmiş, həm də qarşıdakı insanın ruh halına baxaraq, bəzən tərğibə, bəzən də tərhibə üstünlük vermişdir. Bəzən “Bəşir”liyin (müjdələyən) tələbini yerinə yetirmiş, bəzən də “Nəzir” (xəbərdarlıq edən) üslubu ilə ard-arda xəbərdarlıqlar etmişdir.

“Səhabələrimi mənə buraxın!..”

Hədis kitablarında nəql edilən bu hadisənin mahiyyəti üslub məsələsinə aydınlıq gətirir: Bir gün yeni müsəlman olan bir nəfər Peyğəmbərimizin (əleyhi əlfü əlfi salatin və salam) hüzuruna gələrək Ondan kömək istəyir. Heç kimi əli boş qaytarmayan Allah Rəsulu ona da bəzi şeylər verir, lakin adam razı qalmayıb ədəb çərçivəsini də aşaraq daha çoxunu istəyir. Bunu görən bəzi səhabələr bu hörmətsizliyi cəzalandırmaq üçün onun üstünə yeriyirlər. Lakin Peyğəmbərimiz onlara mane olur, əlavə başqa şeylər də verib həmin adamı razı salır. Sonra da səhabələrə dönüb buyurur: “Mənimlə bu kəndlinin vəziyyəti qaçan dəvə ilə sahibinin halına oxşayır. İnsanlar dəvənin arxasınca qaçır, hamı onu tutmağa çalışır, dəvə isə izdihamdan daha da ürküb var-gücü ilə götürülür. Axırda heyvanın yiyəsi: “Dəvəmi mənə buraxın” deyə səslənir, əlinə bir tutam ot götürüb yavaş-yavaş ona yaxınlaşır və dəvəsini sakitləşdirərək noxtanı boynuna keçirir. Əgər siz də o adamı mənə həvalə etməsəydiniz, onu (məndən) həddən artıq uzaqlaşdırıb oda atmış olardınız. Mənimlə ümmətimin arasına girməyin, səhabələrimi mənə buraxın!”

Demək ki, üslub xətasına yol verərək insanları Allahın dinindən və Rəsuli-Əkrəmin şəfqətli dünyasından uzaqlaşdırmaq Allah Rəsulu ilə ümmətin arasına girməkdir. Beləliklə, insan yanlış bir üslubdan (daha doğrusu üslubsuzluqdan) Uca Yaradanla qulların, Allah Rəsulu ilə ümmətin arasına girməkdən çox qorxmalıdır.

Xülasə

  • İslamın özülündə asanlıq dayanır, fitrət və xarakteri nəzərə almadan onu çətinləşdirmək dinin ruhuna ziddir.
  • Elə üslub xətaları var ki, insanları Allahın dinindən və Rəsuli-Əkrəmin şəfqətli dünyasından uzaqlaşdırır, Allah Rəsuli ilə ümməti arasında əngəl olur.
  • Xüsusilə humanizmin ön plana çıxdığı bir dövrdə insanları mümkün qədər həvəsləndirmək və təşviq etmək lazımdır.

Uşaqları həmişə həvəsləndirmək lazımdır!

Ayələrdə bəşir (həvəsləndirici, təşviqedici) sözünün nəzir (çəkindirici) sözündən əvvəl gəlməsində incə bir məqam var: insanlar təbiətən və əksəriyyət etibarilə təşviqlə iş görməyə daha meyillidir.

Saleh əməllərə yönləndirmə, gözəlliklərə imrəndirmə, yüksək hədəflər göstərmə, müjdələmə və sevdirmə yolu ilə toplumun böyük əksəriyyətinin qəlbini fəth etmək mümkündür. Bu səbəbdən, xüsusilə, humanizmin rəvacda olduğu bir dövrdə insanlara bəşarətlə yaxınlaşmaq lazımdır. Bəli, hər kəsə cənnətdə bir yer ayırma kimi laübaliliyə yol vermədən, təbliğ və irşadda təbşirə (müjdə vermə, şövqə gətirmə) üstünlük verməyə diqqət etmək lazımdır.

Xüsusilə, uşaqlara daha çox müjdə verimək, onları imrəndirmək lazımdır. Bəli, həqiqətlər həmişə öz qiymətinə müvafiq şəkildə qorunmalıdır, amma məsələləri uşağa izah edərkən onun yaşına, ağlına və ruhuna uyğun dil işlətmək şərtdir. Bir uşağı qabağına otrudub cəhənnəm odundan, zülmət quyularından, dibsiz qayyalardan söz açan insan baltanı daşa vurmuş, daha doğrusu, daşa deyil, o uşağın başına vurmuş sayılır.

Uşaqlara Allahın mərhəmətinin əngin və cənnət gözəlliklərinin gözqamaşdırıcı olmasını uyğun üslubda və hər fürsətdə anlatmaq lazımdır. Onların pak qəlbinə Allah-Təalaya güvən, etimad və sevgi hisləri cuşa gətirilməlidir. İnsanların, heyvanların, ən körpə uşaqların, hətta həşəratın belə Allahın şəfqət və mərhəməti ilə qidalandığını vurğulamalı və onlarıln vicdanında şükür hislərinin dolub-daşmasını təmin etməliyik. Onları elə bir səviyyəyə gətirmək lazımdır ki, axirəti dünya nemətlərinin əsillərinin veriləcəyi mükafat aləmi, ölümü də o aləmin giriş qapısı kimi görsünlər. Nur Müəllifinin ifadə etdiyi kimi, insana “Mənim balaca qardaşım və ya dostum öldü, cənnətdə bir quş oldu. Cənnətdə gəzir, bizdən daha gözəl yaşayır” dedirdən – ən böyük təsəlli və ümid yeri olan – cənnət düşüncəsi aşılanmalıdır. Uşaqlar çubuqdan, təhdiddən, cəhənnəm əzabından deyil, Allahın sevgisini, ilahi şəfqəti və cənnət mükafatını itirəməkdən qorxmalıdırlar.

Xülasə, dinimiz “yüsr” (asanlıq) dinidir; fitrət və xarakterləri nəzərə almadan onu ağırlaşdıran və çətinləşdirən insan dinin ruhuna zidd hərəkət etmiş olar. Çünki bünövrəsi asanlıq olan və müsahiməyə söykənən bu dini insanlara öyrədərkən çətinləşdirməmək və ona nifrət etdirməmək, əksinə yaşanmasının mümkünlüyünü göstərmək və sevdirmək Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) əmridir.

Həftənin duası

İzni və icazəsi olmadan heç bir güc, qüvvət və hərəkət mümkün olmayan Uca Rəbbim! Sonsuz güc və qüdrətin hörmətinə bizə vəd etdiyin xeyirlərin gəlməsini yenə Səndən gözləyirik. Bütün şərləri də yenə Sənin o sonsuz qüdrətinə sığınaraq dəf etməyə çalışırıq. Ey sonsuz mərhəmət sahibi Rəhman, nə olar, bizi hifz et, bizi qoru, hər tərəfimizi hifz və siyanətinlə əhatə et.

Sözün cövhəri

Namaz qəlbin qidası, ruhun da meracıdır. Bütün çətinliklərə müqabil o, ruhu dincəldir və qəlbi qanadlandırır. Peyğəmbərimiz (s.ə.s.) dünya işlərindən sıxılanda “Ərihna, ya Bilal! – Bizi bir rahatlat, ey Bilal!” deyərək namaza dəvət etməsini istəyərdi. Namaz tənbəl və süst insanın işi deyil. O, daima hüşyar bir könlün, oyaq qəlb və duyğuların Rəbbin qarşısında yerinə yetirdiyi bir vəzifədir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message