Pakistanda Fəthullah Gülən konfransı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Pakistanda Fəthullah Gülən konfransı

Pakistanda Fəthullah Gülən konfransı

Pakistanın Pəncab Universiteti “M. Fəthullah Gülən düşüncəsində ideal insan və ideal cəmiyyət” adlı beynəlxalq konfransa ev sahibliyi edəcək. 20-21 noyabr 2012 tarixləri arasında keçirilməsi nəzərdə tutulan konfrans iki gün davam edəcək.

“The Fountain” jurnalı, Rumi Forum, Pəncab Universiteti, Pəncab əyaləti, Pəncab Təhsil şöbəsi, Pak-Türk Beynəlxalq Çağ Təhsil Vəqfi, Jurnalistlər və Yazarlar Vəqfi, Ali Təhsil Komissiyasının və Harmoni Yayınlarının birgə əməkdaşlığı ilə təşkil olunan konfrans Pəncab Universitetinin Lahordakı Qaidi-Əzəm Hüquq Fakültəsinin auditoriyasında keçiriləcək.

Xatırladaq ki, 17 may 2012-ci il tarixində Pəncab Dövlət Universiteti 17 il əvvəl səmimi təşviqləri ilə Pakistanda açılan Türk məktəblərinin dünya sülhünə verdiyi töhfələrə görə Fəthullah Gülən Xocaəfəndiyə fəxri doktor ünvanı vermişdi.

Konfrans barədə daha geniş məlumat əldə etmək istəyənlər www.idealsocietyconference.org saytına müraciət edə bilər.

Fəthullah Gülən Xocaəfəndi haqqında keçirilən simpozium və konfranslar

26-28 aprel 2001: ABŞ-ın Corctaun Universitetində “İslamın modernləşməsi – Fəthullah Gülən və çağdaş İslam” adlı konfrans keçirildi.

12-13 noyabr 2005: ABŞ-ın Rays Universitetində “Müasir dünyada İslam: düşüncə və praktikada Fəthullah Gülən hərəkatı” adlı konfrans keçirildi.

12-13 noyabr 2005: ABŞ-ın Çikaqo şəhəri “Gülən hərəkatı və dinlərarası dialoq” konfransı keçirildi.

25-26 noyabr 2005: Avstraliyanın Melburn şəhərində “İslam, fərdi təhlükəsizlik və əcnəbi düşmənçiliyi” adlı beynəlxalq konfrans keçirildi.

4-5 mart 2006: Amerikanın Texas ştatının Dallas Cənubi Metodist Universitetində “Müasir dünyada İslam: düşüncə və praktikada Fəthullah Gülən hərəkatı” adlı konfransı keçirildi.

5 noyabr 2006: Oklahoma Universitetində “Müasir dünyada İslam: düşüncə və praktikada Fəthullah Gülən” adlı konfrans kseçirildi.

25-27 oktyabr 2007: İngiltərənin Lordlar Palatasında “Dəyişən İslam dünyası: Fəthullah Gülən hərəkatının töhfəsi” adlı konfrans keçirildi.

2-3 noyabr 2007: Nyu York Kolumbiya Universitetində “Türkiyədə İslam” adlı konfransda Fəthullah Gülən Xocaəfəndinin fikirləri və dialoq fəaliyyətləri müzakirə edildi.

22-23 noyabr 2007: Nyu York Kolumbiya Universitetində “Türkiyədə İslam” adlı konfransda Fəthullah Gülən Xocaəfəndinin fikirləri və dialoq fəaliyyətləri müzakirə edildi.

7 iyun 2008: Tayvanın paytaxtı Taypeydə təşkil edilən “İslam mədəniyyəti və düşüncəsi” konfransında Fəthullah Gülənin fikirləri müzakirə olundu.

2 noyabr 2008: Qahirədə keçirilən “Misir və Şərqin mədəni ənənələri: Antik çağlardan qloballaşan dünyaya” adlı konfransda rus, alman və avstriyalı iştirakçılar Gülən hərəkatından bəhs etdi.

8 noyabr 2008: Almaniyada Mədəniyyətlərarası Dialoq Dərnəyi “Mədəniyyətlərarası dialoqun təşviqatçısı – Fəthullah Gülən” adlı konfrans keçirdi.

13-15 noyabr 2008: ABŞ-ın Corctaun Universitetində “Qlobal sınaqlar dövründə İslam: Gülən hərəkatının alternativ perspektivləri” adlı konfrans keçirildi.

28 fevral 2009: Qırğızıstanın paytaxtı Bişkekdə “Yusuf Xas Hacibdən Fəthullah Gülənə dialoq və tolerantlıq” adlı konfrans keçirildi.

6-7 mart 2009: ABŞ-ın Luiziyana Universitetində “Müasir Dünyada İslam: Düşüncə və praktikada Gülən Hərəkatı” adlı konfrans keçirildi.

27 aprel 2009: Konqoda keçirilən “Fəthullah Gülən hərəkatının İslamdakı praktikası və fikirləri baxımından dialoq” adlı konfrans keçirildi.

23 may 2009: Qırğızıstanda keçirilən “Türk mütəfəkkirlərinin nəsihət və vəsiyyətləri” adlı konfransda Fəthullah Gülənin tolerantlıq və dialoqa verdiyi əhəmiyyətdən bəhs edildi.

26-27 may 2009: Almaniyanın Potsdam Universitetində “Ənənə və müasirlik arasında müsəlmanlar -Mədəniyyətlər arasında körpü – Gülən hərəkatı” adlı konfrans keçirildi.

18 iyun 2009: Vaşinqtonun tanınmış beyin mərkəzlərindən CSI-də “Gülən hərəkatı” adlı toplantı keçirildi.

15-16 iyul 2009: Avstraliyanın Melburn şəhərində Fəthullah Gülən Konfransı keçirildi.

19-20-21 oktyabr 2009: Misirin paytaxtı Qahirədə “İslam dünyasında islahatın gələcəyi: Fəthullah Gülən hərəkatı ilə müqayisəli təcrübələr” adlı konfrans keçirildi.

24 oktyabr 2009: Kanadada Karlton Universitetində “Daha gözəl dünya üçün: Gülən hərəkatının töhfəsi” adlı konfransda Gülən hərəkatının dünya sülh, təhsil, dinlər və mədəniyyətlər arası dialoqa töhfəsi müzakirə edildi.

29 oktyabr 2009: ABŞ-ın tanınmış Merilənd Universitetində “Dünya sülhünün bərqərarına Gülən hərəkatının töhfəsi” adlı konfrans keçirildi.

30 oktyabr 2009: Kolumbiyada “Fəthullah Gülən hərəkatı” adlı konfransı keçirildi.

7 noyabr 2009: Tanzaniyada “Düşüncə və praktikada Fəthullah Gülən” adlı konfransı keçirildi.

7 noyabr 2009: Almaniyanın Köln şəhərində “Dalay Lama, Fəthullah Gülən və Marşal Rozenberqin fikirlərinə görə zorakılıqdan uzaq əlaqələr” adlı konfrans keçirildi.

5-6 dekabr 2009: ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində Pasifika İnstitutu və Cənubi Kaliforniya Universitetinin əməkdaşlığı ilə “Şərqlə Qərb arasında körpü: Gülən hərəkatı” adlı konfrans keçirildi.

16 yanvar 2010: İordaniyanın paytaxtı Ammanda “Müasir İslami düşüncələr və dünya sülhünə töhfəsi – Fəthullah Gülən təcrübəsi” adlı konfrans keçirildi.

5-7 mart 2010: Almaniyanın Berlin şəhərində “Mənəviyyat və təhsil” adlı konfrans keçirildi.

16-18 mart 2010: Danimarka və Amerika alimləri Kopenhagen Universitetində Gülən hərəkatını müzakirə etdi.

20 mart 2010: Hollandiyanın paytaxtı Amsterdamın Vrij Universitetində “Mövlanə Cəlaləddin Rumi və Fəthullah Gülənin sülh təşəbbüsləri” adlı konfrans keçirildi.

20 mart 2010: Litvada “Mədəniyyətlərin dialoqu – dialoq mədəniyyəti” adlı konfrans keçirildi.

26 mart 2010: Norveçdə “Sülh şəraitində birgəyaşayış nümunəsi: Gülən hərəkatı timsalında” adlı konfrans keçirildi.

31 mart 2010: Cənubi Afrikada “Könüllülər hərəkatı” adlı konfrans keçirildi.

29 aprel 2010: İndoneziyada “Amerikada Gülən hərəkatının xidmətləri” adlı konfrans keçirildi.

10 aprel 2010: Uqandanın paytaxtı Kampalada “Fəthullah Gülən və qlobal sülh” adlı konfrans keçirildi.

21 aprel 2010: İlk dəfə Fəthullah Gülən Xocaəfəndi tərəfindən irəli sürülən “Məna çalarlı demokratiya” anlayışı Kanadanın paytaxtı Ottavada müzakirə edildi.

9 iyun 2010: Almaniyanın Boçum Universitetində “Avropa kontekstində Gülən hərəkatı – Şimali Reyn Vestivaliya Əyalətinə baxış” adlı konfrans keçirildi.

9 iyun 2010: Ukraynada Fəthullah Gülənin fikirlərinə dair “Humanizm ənənəsinin aktuallığı” adlı konfransda müzakirə edildi.

7 oktyabr 2010: Hollandiyanın paytaxtı Amsterdamda “Dialoq Akademiyası” tərəfindən “Gülən hərəkatının dünyadakı mövqeyi” adlı beynəlxalq konfrans keçirildi.

19-21 oktyabr 2010: İndoneziyada keçirilən beynəlxalq konfransda “Fəthullah Gülən Xocaəfəndinin təhsil modeli” müzakirə edildi.

28 oktyabr 2010: Qırğızıstanda “Sülhün və dialoqun memarları” adlı konfrans keçirildi.

11-13 noyabr 2010: Amerikanın Çikaqoda şəhərində “Türkiyədən dünyaya qlobal xidmət” adlı konfrans keçirildi.

29 noyabr 2010: Almaniyanın Frankfurt şəhərində keçirilən “İnsana xidmət: təhsil və mənəviyyat” adlı konfransda dünyaya yayılan sevgi məktəbləri haqqında danışıldı.

6-9 yanvar 2011: Malayziyada “Gülən hərəkatı və ölkələrarası dialoq” adlı seminar keçirildi.

26 yanvar 2011: Kanadada Mədəniyyətlərarası Dialoq İnstitutunun (IDI) Toronto filialının keçirdiyi dialoq toplantısında “Sülh nəsilinin yetişdirilməsi” mövzusunda Fəthullah Gülənin təhsil modeli müzakirə edildi.

25-26 mart 2011: Albaniyada “Gülən hərəkatı” adlı konfrans keçirildi.

28 mart 2010: Danimarkada “Dünyagörüşləri arasında dialoq və Gülən hərəkatı” adlı konfrans keçirildi.

13 may 2011: Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Müasir dünyanın inkişafında fəlsəfi irs” adlı konfransda Fəthullah Gülən Xocaəfəndinin fikirləri müzakirə edildi.

28 may 2011: Keniyanın paytaxtı Nayirobidə “Dinlərarası dialoq və Fəthullah Gülən hərəkatı” adlı konfrans keçirildi.

28 may 2011: Uqandada Fəthullah Gülən haqqında konfransı keçirildi.

27 sentyabr 2011: Əlcəzairdə Fəthullah Gülən haqqında konfransı keçirildi.

17 noyabr 2011: Ukraynanın paytaxtı Kiyevdə “Müasir dünyada tolerantlıq və insani dəyərlər: qitələrarası intellektuallar dialoqu” adlı konfrans keçirildi.

18-19 noyabr: 2011 Nigeriyanın paytaxtı Abujada “Fəthullah Gülənin düşüncə və fəaliyyətini araşdırmaq: Müştərək həyat və qarşılıqlı anlayış mədəniyyətini qurmaq” adlı konfrans keçirildi.

17 yanvar 2012: Estonyanın paytaxtı Tallində “Xidmət hərəkatı” adlı konfransı keçirildi.

5 aprel 2012: Malayziyada “Dindən ilham alan özəl vəqflər və təhsildə inkişaf: Türkiyənin xidmət hərəkatı” adlı seminar keçirildi.

29 may 2012: Keniyanın paytaxtı Nayirobidə “Fəthullah Gülən hərəkatı və dinlərarası dialoq” adlı konfransı keçirildi.

30 may 2012: Efiopiyanın paytaxtı Ədis-Əbəbədə fəaliyyət göstərən Afrika Birliyinin mərkəzi binasında “Dialoq” konfrans keçirildi.

4 iyun 2012: Uqandada Fəthullah Gülən haqqında konfrans keçirildi.

24 sentyabr 2012: Amerikanın Nyu York ştatında “Sülhü təhsillə inşa etmək” adlı konfrans keçirildi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message